Татарский переводчик Узбекские песни

Песня «Mən İstədim»
исполнителя MadTeen.
Скачать или слушать онлайн

Текст песни:

Mən istədim, səndən ayrı qalım
Alınmır, əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır, əzizim, alınmır

Pəncərədə ötür illər, mən həmin fəsildəyəm
Hər ötən gün sənsiz keçən zülmətin içindəyəm
Nə olardı, qayıdardıq o dəyərli günlərə?
Ürəyim qaçır sənə, bir səs var, deyir mənə

Olmaz artıq bizdən nəsə
Biz sənlə qopduq ürəkdən
Unutmuşam təbəssümün
Ətrin qaçıbdır beynimdən

Nə olardı, qayıtsaydıq o dəyərli günlərə?
Ürəyim qaçır sənə, bir səs var, deyir mənə

Mən istədim, səndən ayrı qalım
Alınmır, əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır, əzizim, alınmır

Pəncərədə ötür illər, mən həmin fəsildəyəm
Görəsən nə qədər cəzam qalıb çəkilməyən?
Cırıb atılmır ki, keçmiş adi bir şeir deyil ki
Görəsən hansı söz qalıb deyilməyən?

Bütün şeirlərimi döndərdim əlvidaya
Bircə sənə dodağım heç vaxt tərpənmədi
Bütün doğmalardan qaçmışam qaranlığa
Bircə gözlərindən heç vaxt gizlənmədim

Mən istədim, səndən ayrı qalım
Alınmır əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır əzizim, alınmır

Uzaq qalım
Alınmır əzizim, alınmır
Mən istədim, bizdən ayrı qalım
Alınmır əzizim
Alınmır

Другие песни исполнителя:

  • Vəfadarım mənim, ilk baharım mənim Eşqində görmüşəm səadətimi Məndən dönsən əgər ayım, günəşim sönər Könül verdiyim, qoru məhəbbətimi Qoru məhəbbətimi, hörmətimi uca tut hər zaman Sən başımın tacı, alnıma yazı, ilk baharısan Qoru məhəbbətimi, üzülüb usanma yollarımda Sən günəşin özü, qəlbimin yazı, ilk duyğularısan Dəyməsin saçının telinə zərər, çevirərəm dünyanı Alnını qırışdıranda kövrək gözlərin gəmimi batırır Dəyməsin saçının telinə zərər, savaşım oyanmasın Tufan salaram, çovğun olaram, sənə zərər olmasın Vəfadarım mənim, ilk baharım mənim Eşqində görmüşəm səadətimi Məndən dönsən əgər ayım, günəşim sönər Könül verdiyim, qoru məhəbbətimi
  • Səni sıxsa bu şəhər, çıxaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Aç qanad, uçaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Bu boş şəhərcikdə gözlərin Necə gözəl sevir məni Qorxular ürəyimdə İnadım rahat buraxmır məni Yad gözlər önündə Necə əllərimi uzadım sənə? Sənin sözlərinlə Qəlbim isinir sənin sözlərinlə Birdəfəlik gedək uzağa Ruhum bu sevgiyə qoyur qadağa Söz ver mənə, bu sevgi qala Birdəfəlik gedək buradan uzağa Birdəfəlik gedək uzağa Ruhum bu sevgiyə qoyur qadağa Söz ver mənə, bu sevgi qala Birdəfəlik gedək buradan uzağa Sən mənə özəl, sən mənə gözəl Elə darıxıram ki, saçlarına bürünəm Soyuyub havalar, dəyişib fəsillər Sən sanki möcüzəsən soyuqda da isidən Sən sanki kainatın mənə olan əsərisən Sən əbədisən, mənim güzgümsən, əksimsən Mənimlə hazır ol hər şeyə, aparım uzaq Bu hekayə qəhrəmanı ikimiz olaq Aç, Əfəndi, pəncərəni Görə bilim qara gözlərini Qoxun gətirdi qapına sənin Gəl, əl-ələ gəzək Bakı küçələrini Aç, Əfəndi, pəncərəni Görə bilim qara gözlərini Qoxun gətirdi qapına sənin Gəl, əl-ələ gəzək Bakı küçələrini Səni sıxsa bu şəhər, çıxaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Aç qanad, uçaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada
  • Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Baxıram qaranlıq, küləkli Bakı pəncərəsindən Səndən qopan ruhum yapışmır artıq bədənimə Sən mənim bağçamı bərbad edən bir xəstəliksən Ziyansan, hər dəfəsində heyifsən xatirəmə Sonuncu baxışların, o səsin titrəməsi Yalan etdi andları "gedirəm" söyləməsi Sakitcə baxıb ona qəribə gülümsədim Bu sənin qərarındır, kimlərinsə düşüncəsi? Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Səndən aldığım nəfəs qoy bu mahnıda tükənsin Elə etinatsizam ki xatirələrimə deyirəm, cəhhənnəm olsun getsin! Dəli şeytan deyir ki, yığ ovcuna hər şeyi, bitsin Elə dərs vermişəm ki özümə, gedənə afərin desin Bir soyuq külək, gözlərimdəki buz Bitmədimsə gəl, öldürənəcən sus Getmək istəyən qaçır, bəhanələr sonsuz Mən göy üzündəki ay, sən ən pis yuxu Bir soyuq külək, gözlərimdəki buz Bitmədimsə gəl, öldürənəcən sus Getmək istəyən qaçır, bəhanələr sonsuz Mən göy üzündəki ay, sən ən pis yuxu Yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə
  • Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində (Yorğunam əslində) Mən bilirəm, necə olur bu cür filmin sonu Sən güc yığırsan təkliyindən çətin rolun Kim dostundu, kim yaxınındı bilmək olmur Kürəyini söykədiyin adamlar bir gün olmur Böyük həyatda böyük addımlar gərək olur Kəskin olmasan önündəki prestij qoyur Necə axmaq yerinə adamı axmaqlar qoyur Kürəyini söykədiyin adamlar düşmən olur Çəkil kənara, ürəyin səsini dinlə Sənin güzgündəki ən sadiq insan sənə Öz prinsiplərini, qaydalarını qur yenidən Ən qiymətli insan özünsən özünə Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində (Yorğunam əslində) Mən öz öfkəmə, öz iradəmə borcluyam Öz duruşuma, öz kölgəmə borcluyam Öz gücümə, öz dizlərimə borcluyam Öz adıma və etibarıma borcluyam Qorxularıma enən ruhuma borcluyam Kəlməmə, hər sətrimə sənə borcluyam Rəssamı tanıdan Elvinə borcluyam Xoş anlarımı viran edənlərə borcluyam Mən çox böyüdüm, bəlkə də hədsiz doluyam Romantizm, dramatizm qurmalıyam Bu səhnələri çox yaşadım, çox canlıyam Anladığım tək şey var, özüm haqlıyam Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində
  • Taqətim yoxdur, yollara düşdüm Sevərək səni bəlaya düşdüm! Od vurdu qəfil gedişin mənə Xəyanət nədir, mən bildim, gülüm Taqətim yoxdur, yollara düşdüm Sevərək səni bəlaya düşdüm! Od vurdu qəfil gedişin mənə Xəyanət nədir, mən bildim, gülüm O qədər yalvarırdım Allaha Almasın səni məndən Nə olar ki, bir daha Bu sözləri yazıram Xatirəsən sən daha! Bu ucuz dünyada Sevgini satdın baha! Qərib gəldi sənin atdığın addım Qəlbimə yara vurdu, xəyanətə uğradım Bəlkə budur xeyirlisi, "nə olar gətmə" - demərəm! Əsla "get" - deməzdim, amma bir dəfəlik silirəm! Taqətim yoxdur, yollara düşdüm Sevərək səni bəlaya düşdüm! Od vurdu qəfil gedişin mənə Xəyanət nədir, mən bildim, gülüm Taqətim yoxdur, yollara düşdüm Sevərək səni bəlaya düşdüm! Od vurdu qəfil gedişin mənə Xəyanət nədir, mən bildim, gülüm Nə oldu ki, birdən-birə Nədən sən belə etdin? Ürəyimə dağı çəkdin Buna kim vadar etdi? Deyirdin ki, sevirəm "Sənsiz qala bilmərəm" Sən olmasan bu həyatda Nəfəs ala bilmərəm İndi səninçün görəsən Başqa nəfəs necədir? Başqa qollarda olmaq Başqa qucaq necədir? Qane edirmi səni Mənsiz belə yaşamaq? İndi denən sən görüm Mənsiz gecə necədir? Taqətim yoxdur, yollara düşdüm Sevərək səni bəlaya düşdüm! Od vurdu qəfil gedişin mənə Xəyanət nədir, mən bildim, gülüm Taqətim yoxdur, yollara düşdüm Sevərək səni bəlaya düşdüm! Od vurdu qəfil gedişin mənə Xəyanət nədir, mən bildim, gülüm Taqətim yoxdur, yollara düşdüm Sevərək səni bəlaya düşdüm! Od vurdu qəfil gedişin mənə Xəyanət nədir, mən bildim, gülüm Taqətim yoxdur, yollara düşdüm Sevərək səni bəlaya düşdüm! Od vurdu qəfil gedişin mənə Xəyanət nədir, mən bildim, gülüm