Татарский переводчик Узбекские песни

Песня «Yorğunam Əslində» исполнителя MadTeen. Скачать или слушать онлайн

Текст песни:

Soyuğam əslində
Gülürəm hirsimdən
Mən gah güclüyəm, gah fikirliyəm
Yorğunam əslində

İtirəm gözlərdən
Saxta üzlərdən
Mən çox güclüyəm təkliyimdə
Yorğunam əslində (Yorğunam əslində)

Mən bilirəm, necə olur bu cür filmin sonu
Sən güc yığırsan təkliyindən çətin rolun
Kim dostundu, kim yaxınındı bilmək olmur
Kürəyini söykədiyin adamlar bir gün olmur

Böyük həyatda böyük addımlar gərək olur
Kəskin olmasan önündəki prestij qoyur
Necə axmaq yerinə adamı axmaqlar qoyur
Kürəyini söykədiyin adamlar düşmən olur

Çəkil kənara, ürəyin səsini dinlə
Sənin güzgündəki ən sadiq insan sənə
Öz prinsiplərini, qaydalarını qur yenidən
Ən qiymətli insan özünsən özünə

Soyuğam əslində
Gülürəm hirsimdən
Mən gah güclüyəm, gah fikirliyəm
Yorğunam əslində

İtirəm gözlərdən
Saxta üzlərdən
Mən çox güclüyəm təkliyimdə
Yorğunam əslində (Yorğunam əslində)

Mən öz öfkəmə, öz iradəmə borcluyam
Öz duruşuma, öz kölgəmə borcluyam
Öz gücümə, öz dizlərimə borcluyam
Öz adıma və etibarıma borcluyam

Qorxularıma enən ruhuma borcluyam
Kəlməmə, hər sətrimə sənə borcluyam
Rəssamı tanıdan Elvinə borcluyam
Xoş anlarımı viran edənlərə borcluyam

Mən çox böyüdüm, bəlkə də hədsiz doluyam
Romantizm, dramatizm qurmalıyam
Bu səhnələri çox yaşadım, çox canlıyam
Anladığım tək şey var, özüm haqlıyam

Soyuğam əslində
Gülürəm hirsimdən
Mən gah güclüyəm, gah fikirliyəm
Yorğunam əslində

İtirəm gözlərdən
Saxta üzlərdən
Mən çox güclüyəm təkliyimdə
Yorğunam əslində

Другие песни исполнителя:

  • Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda! Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa Mən sənsiz bu dünyanı neylərəm, sənsiz həyat yoxsa? Sənsiz həyat yoxdur mənə Heç olmasını da istəmirəm Düşsün ulduzlar, arzuları Xəyal edib uçaq göyə İstərəm səni görüm yenə Toxunsun əllərin əlimə Buraxaq səmaya çərpələngi Arzu tutub açaq göyə Sənsiz həyat yoxdur mənə Heç olmasını da istəmirəm Düşsün ulduzlar, arzuları Xəyal edib uçaq göyə İstərəm səni görüm yenə Toxunsun əllərin əlimə Buraxaq səmaya çərpələngi Arzu tutub açaq göyə Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda! Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa Mən sənsiz bu dünyanı neylərəm, sənsiz həyat yoxsa?
  • Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Qismət yarışır bizimlə xəbəri olmadan Gəldik, hansı quyuya düşdük səbəbi olmadan? Biz sevərdik, biz uçardıq qanad çalmadan Səbir edərdik, bağışlardıq heç nə qırmadan Çox sevmək də bəzən çox tükədir Çox gəlmək, çox gedmək, ruhu çox tükədir Can vermək, can almaq kimi pis vərdişlər Bizim ruhumuzu, ikiyə təslim edir... Mən çox düşünərdim, sonumuzu səninlə Mən çox öyünərdim, sənə olan sevgimlə Bir sevinərdik, biz üzülərdik bir... Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Hiss edirdik özümüzü sanki nağılda Sən çox gözəl, bəli, mənsə bədheybət Lakin hər nağıl kimi bitdi, puç oldu Həmişə olduğu kimi, yenə də zülmət Aparır bizi uçuruma Biz nə oldu ki, gəldik bu duruma? Sönüb mənim ayım, günəşim Bu nağlımız bizim çatıb sona Mən çox düşünərdim, sonumuzu səninlə Mən çox öyünərdim, sənə olan sevgimlə Bir sevinərdik, biz üzülərdik bir... Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən
  • Yadından çıxart məni, mən ki, ruhsuz biriyəm Yad olanlara qat məni, mən ki, onlar kimiyəm Qəlbində kin saxlama, sənə düşmən deyiləm Çalış əgər alınsa, yadından çıxart məni Məni bir gün bağışla yaşananların xətrinə Nə olar ki, geri çönmə, gözümə baxma, üzümü görmə Ən dəyərli xatirə qal, yaşananların xətrinə Bir gün mənim üçün darıxsan, yada salmağı, sev məni Bilirəm bu dözülməz Hətta nifrət edirsən Çalış əgər alınsa Yadından çıxart məni Yadından çıxart məni, mən ki, ruhsuz biriyəm Yad olanlara qat məni, mən ki, onlar kimiyəm Qəlbində kin saxlama, sənə düşmən deyiləm Çalış əgər alınsa, yadından çıxart məni Ədalət axtarma, səni incidirsə, get Nə bilirsən, sevgi dilində bu motivə bu sujet Bu gedişə bu bilet, bu güvənə bu jilet Bu soyuğa, bu çovğuna cavab verməliyik net Ən dəyərli xatirə olum, arada yada sal Mənim üçün darıxsan əgər özünü yada sal Qışın dekabr ayında üşüsən, yada sal Bilirəm, yolun uzaqdır, yıxılsan yada sal Ya da Qəlbində kin saxlama, mən ki, düşmən deyiləm Çalış əgər alınsa, yadından çıxart məni Yadından çıxart məni, mən ki, ruhsuz biriyəm Yad olanlara qat məni, mən ki, onlar kimiyəm Qəlbində kin saxlama, sənə düşmən deyiləm Çalış əgər alınsa, yadından çıxart məni
  • Mən istədim, səndən ayrı qalım Alınmır, əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır, əzizim, alınmır Pəncərədə ötür illər, mən həmin fəsildəyəm Hər ötən gün sənsiz keçən zülmətin içindəyəm Nə olardı, qayıdardıq o dəyərli günlərə? Ürəyim qaçır sənə, bir səs var, deyir mənə Olmaz artıq bizdən nəsə Biz sənlə qopduq ürəkdən Unutmuşam təbəssümün Ətrin qaçıbdır beynimdən Nə olardı, qayıtsaydıq o dəyərli günlərə? Ürəyim qaçır sənə, bir səs var, deyir mənə Mən istədim, səndən ayrı qalım Alınmır, əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır, əzizim, alınmır Pəncərədə ötür illər, mən həmin fəsildəyəm Görəsən nə qədər cəzam qalıb çəkilməyən? Cırıb atılmır ki, keçmiş adi bir şeir deyil ki Görəsən hansı söz qalıb deyilməyən? Bütün şeirlərimi döndərdim əlvidaya Bircə sənə dodağım heç vaxt tərpənmədi Bütün doğmalardan qaçmışam qaranlığa Bircə gözlərindən heç vaxt gizlənmədim Mən istədim, səndən ayrı qalım Alınmır əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır əzizim, alınmır Uzaq qalım Alınmır əzizim, alınmır Mən istədim, bizdən ayrı qalım Alınmır əzizim Alınmır
  • Bəli Bütün ağlamaqlar keçəndir Sevirik qəlb incidəni Həyat səhvdən dərs götürənindir Çönüb gedənindir Ürək döyünməyəndəndir Hirsim deyilməyəndəndir Bəlkə də gec anlaşılıb hər şey Bir azca avam güvəndəndir Bir səndən, bir məndəndir Mən səndən, sən məndən de O qədər qəlb qıran mərhələdir Bir səbəbin də özündən de Bəlkə də hər şey xeyrinədir Bu mahnı bir ton səhvdəndir Bu səhər mənimçün dözməkdirsə Səninçün getməklərdəndir Mən sənin əllərindən tutmaq istədim Qalmaq istəməyən üçün də heç nə düzəlmir Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir Mən sənin gözlərindən səbəb istədim Nədir sənin dərdin, axı yoxmu səbəbin? Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir O qədər söz yazdım mən xəlvət gecələr Düşündüm, əlbət, keçər Qəlbim qal deyir, beynim alma vecə Bilməm, hansın seçəm? Neçə il göz yaşı var Dərdimlə tək başına Könlümə yaraları vuran sən Yalana ehtiyac yox, bu açıq-aşkar Gəlmədi, artıq seçib öz yolun Baxma yollarına gözləri yorub Olanları unutmaq olmur Onun adı gələndə gözüm dolur Nə olar gəl gecə yuxularıma! Ölə bilmirəm ətrini qoxlamadan Mən aşiqəm o qara saçlarına Sənə olan hisslərim toxunulmaz Mən sənin əllərindən tutmaq istədim Qalmaq istəməyən üçün də heç nə düzəlmir Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir Mən sənin gözlərindən səbəb istədim Nədir sənin dərdin, axı yoxmu səbəbin? Sındırıb qürurumu, getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir