Татарский переводчик Узбекские песни

Песня «İntizar»
исполнителя MadTeen.
Скачать или слушать онлайн

Текст песни:

Vəfadarım mənim, ilk baharım mənim
Eşqində görmüşəm səadətimi
Məndən dönsən əgər ayım, günəşim sönər
Könül verdiyim, qoru məhəbbətimi

Qoru məhəbbətimi, hörmətimi uca tut hər zaman
Sən başımın tacı, alnıma yazı, ilk baharısan
Qoru məhəbbətimi, üzülüb usanma yollarımda
Sən günəşin özü, qəlbimin yazı, ilk duyğularısan

Dəyməsin saçının telinə zərər, çevirərəm dünyanı
Alnını qırışdıranda kövrək gözlərin gəmimi batırır
Dəyməsin saçının telinə zərər, savaşım oyanmasın
Tufan salaram, çovğun olaram, sənə zərər olmasın

Vəfadarım mənim, ilk baharım mənim
Eşqində görmüşəm səadətimi
Məndən dönsən əgər ayım, günəşim sönər
Könül verdiyim, qoru məhəbbətimi

Другие песни исполнителя:

  • Səni sıxsa bu şəhər, çıxaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Aç qanad, uçaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Bu boş şəhərcikdə gözlərin Necə gözəl sevir məni Qorxular ürəyimdə İnadım rahat buraxmır məni Yad gözlər önündə Necə əllərimi uzadım sənə? Sənin sözlərinlə Qəlbim isinir sənin sözlərinlə Birdəfəlik gedək uzağa Ruhum bu sevgiyə qoyur qadağa Söz ver mənə, bu sevgi qala Birdəfəlik gedək buradan uzağa Birdəfəlik gedək uzağa Ruhum bu sevgiyə qoyur qadağa Söz ver mənə, bu sevgi qala Birdəfəlik gedək buradan uzağa Sən mənə özəl, sən mənə gözəl Elə darıxıram ki, saçlarına bürünəm Soyuyub havalar, dəyişib fəsillər Sən sanki möcüzəsən soyuqda da isidən Sən sanki kainatın mənə olan əsərisən Sən əbədisən, mənim güzgümsən, əksimsən Mənimlə hazır ol hər şeyə, aparım uzaq Bu hekayə qəhrəmanı ikimiz olaq Aç, Əfəndi, pəncərəni Görə bilim qara gözlərini Qoxun gətirdi qapına sənin Gəl, əl-ələ gəzək Bakı küçələrini Aç, Əfəndi, pəncərəni Görə bilim qara gözlərini Qoxun gətirdi qapına sənin Gəl, əl-ələ gəzək Bakı küçələrini Səni sıxsa bu şəhər, çıxaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Aç qanad, uçaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada
  • Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Baxıram qaranlıq, küləkli Bakı pəncərəsindən Səndən qopan ruhum yapışmır artıq bədənimə Sən mənim bağçamı bərbad edən bir xəstəliksən Ziyansan, hər dəfəsində heyifsən xatirəmə Sonuncu baxışların, o səsin titrəməsi Yalan etdi andları "gedirəm" söyləməsi Sakitcə baxıb ona qəribə gülümsədim Bu sənin qərarındır, kimlərinsə düşüncəsi? Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Səndən aldığım nəfəs qoy bu mahnıda tükənsin Elə etinatsizam ki xatirələrimə deyirəm, cəhhənnəm olsun getsin! Dəli şeytan deyir ki, yığ ovcuna hər şeyi, bitsin Elə dərs vermişəm ki özümə, gedənə afərin desin Bir soyuq külək, gözlərimdəki buz Bitmədimsə gəl, öldürənəcən sus Getmək istəyən qaçır, bəhanələr sonsuz Mən göy üzündəki ay, sən ən pis yuxu Bir soyuq külək, gözlərimdəki buz Bitmədimsə gəl, öldürənəcən sus Getmək istəyən qaçır, bəhanələr sonsuz Mən göy üzündəki ay, sən ən pis yuxu Yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə
  • Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində (Yorğunam əslində) Mən bilirəm, necə olur bu cür filmin sonu Sən güc yığırsan təkliyindən çətin rolun Kim dostundu, kim yaxınındı bilmək olmur Kürəyini söykədiyin adamlar bir gün olmur Böyük həyatda böyük addımlar gərək olur Kəskin olmasan önündəki prestij qoyur Necə axmaq yerinə adamı axmaqlar qoyur Kürəyini söykədiyin adamlar düşmən olur Çəkil kənara, ürəyin səsini dinlə Sənin güzgündəki ən sadiq insan sənə Öz prinsiplərini, qaydalarını qur yenidən Ən qiymətli insan özünsən özünə Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində (Yorğunam əslində) Mən öz öfkəmə, öz iradəmə borcluyam Öz duruşuma, öz kölgəmə borcluyam Öz gücümə, öz dizlərimə borcluyam Öz adıma və etibarıma borcluyam Qorxularıma enən ruhuma borcluyam Kəlməmə, hər sətrimə sənə borcluyam Rəssamı tanıdan Elvinə borcluyam Xoş anlarımı viran edənlərə borcluyam Mən çox böyüdüm, bəlkə də hədsiz doluyam Romantizm, dramatizm qurmalıyam Bu səhnələri çox yaşadım, çox canlıyam Anladığım tək şey var, özüm haqlıyam Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində
  • Əzizim, səni hər şeydən qoruyardım Bu hissləri həyat bahasına qaytarardım Yadındamı necə gülüb, necə sayrışardıq? Mən ruhumu qorumuşam, bizə qayıt artıq Gözlərim yol çəkir, fəsillər can çəkir Əzizim uzaqda məndən, qəlbimə dağ çəkir Bir qəmzədədir sirri bəlkə, nəfəsim ah çəkir Aradan xeyli vaxt keçib, ümidlər vaz keçir Aradan söz keçib, dağ boyda söz verib Nə mən dağ oldum sözlərə, nə də sən bələdçi Qoxun hopub bədənimə, həsrətin keçmir İtirməsən anlamaq olmur, sənsiz heçdir Əzizim, səni hər şeydən qoruyardım Bu hissləri həyat bahasına qaytarardım Yadındamı necə gülüb, necə sayrışardıq? Mən ruhumu qorumuşam, bizə qayıt artıq Həmin küçələr bizim yaddaşımızda Hər döngəsi, insanları mənə doğma O hüzuru tapmıram artıq heç bir andan Elə qayıdardım hər şeyi atıb ora Zamanla düzəlmir, üstündən keçdi çox Şəkildəki gözlərin xəstəsiyəm çox Əllərim zəng edir, beynim deyir ki, "yox" Olmaz artıq bizdən, nəsə çox gecdir, çox Əzizim, səni hər şeydən qoruyardım Bu hissləri həyat bahasına qaytarardım Yadındamı necə gülüb, necə sayrışardıq? Mən ruhumu qorumuşam, bizə qayıt artıq
  • Aşiq olmuşam! Sənin qara gözlərinə Baxışına yerişinə Aşiq olmuşam mən! Aşiq olmuşam mən! Aşiq olmuşam! Aşiq olmuşam! Sənin nazlı gülüşünə Hiss edirəm, yoxsa sən də Aşiq olmusan sən! Aşiq olmusan sən! Aşiq olmusan! Gəl bir sirr açım mən sənə Çoxdan demək istəyirdim, necə Qəlbim çırpınır görüncə səni Necə gözəl görünürsən yenə Bir nəğmə bəstələdim sevgimdən Hər cümləm rəqs edir hisslərimlə Qoy baxım doyunca gözlərinə Bircə işarə ver təbəssümlə Yenə axşam düşdü, pəcərənə gəldim Sənin aşiqinə yazığın heç gəlmir Bu bir adi hiss deyil, necə ki saqi Süzüm şərabıma, edim bunu cahil Yenə axşam düşdü, pəcərənə gəldim Sənin aşiqinə yazığın heç gəlmir Bu bir adi hiss deyil, necə ki saqi Süzüm şərabıma, edim bunu cahil Aşiq olmuşam! Sənin qara gözlərinə Baxışına yerişinə Aşiq olmuşam mən! Aşiq olmuşam mən! Aşiq olmuşam! Aşiq olmuşam! Sənin nazlı gülüşünə Hiss edirəm, yoxsa sən də Aşiq olmusan sən! Aşiq olmusan sən! Aşiq olmusan! Qəlbimdə, Qəlbimdə Qəlbimdəsən, dərindəsən Sevincimsən, tükənməzsən Sən güclümsən, ən güclüsən Ovsunlayan məni təksən Xəyal etdiyim kimi sən Hər kəsdən gizlindəsən Bir röyasan, dejavusan Səni tapdım göylərdən Qəlbimdəsən, dərindəsən Sevincimsən, tükənməzsən Sən güclümsən, ən güclüsən Ovsunlayan məni təksən Xəyal etdiyim kimi sən Hər kəsdən gizlindəsən Bir röyasan, dejavusan Səni tapdım göylərdən Yenə axşam düşdü, pəcərənə gəldim Sənin aşiqinə yazığın heç gəlmir Bu bir adi hiss deyil, necə ki saqi Süzüm şərabıma, edim bunu cahil Yenə axşam düşdü, pəcərənə gəldim Sənin aşiqinə yazığın heç gəlmir Bu bir adi hiss deyil, necə ki saqi Süzüm şərabıma, edim bunu cahil Aşiq olmuşam! Sənin qara gözlərinə Baxışına yerişinə Aşiq olmuşam mən! Aşiq olmuşam mən! Aşiq olmuşam! Aşiq olmuşam! Sənin nazlı gülüşünə Hiss edirəm, yoxsa sən də Aşiq olmusan sən! Aşiq olmusan sən! Aşiq olmusan!