Татарский переводчик Узбекские песни

Песня «Sayıram»
исполнителя Hiss.
Скачать или слушать онлайн

Текст песни:

Sabahları gözləmirəm artıq
Ona görə qayıdıram dünənimə
Bura qədər gəlib sonra qaldıq
Bəs eliyər bu qədəri ürəyimə
Mən edirəm həyatıma davam
Atıram beynimdən onu nə yadıma salar axı
Gətirmədim ömür boyu mən adıma yalan
Deyiləm mən yanında yalan, yenə həyatıma salan
Keçirəm gəzdiyimiz küçədən
Əslində dözülməzdir necə də
Xəyalımda gəzdiyimiz gecələri xatırladım
Necə gəlib gecə saat neçədə
Çalışıram unudum, xatirələr boğazımı qurudur
Düşünməzdi ki, bu yolun sonu bu
Bura qədər bəsdir, daha yoruldum
Sayıram gedib ən dərinə, bizi ayıran ötən günləri mən
Sayıram bil özümü dəli mən
Özüm öz üzərimə götürürəm məni mən
Sayıram olan səhvləri, günah dəftəri dolu toz rəfləri
Sayıram sona qədər davam edib
Sonra geriyə də bəlkə bunlar bir də xoşbəxt məni

Aparır hara məni, xəyallar çökür içimə elə bil qara dəlik
Sanki əlimdədir bax ürəyim yara mənim
Bilmirəm önümdə ya gözümün önünə gəlir
Elə bil hər şey yalan, sən tək doğrusan
Bu gün bütün doğrularım itib, tək oldu sağ
Düşün məni, bir də bu sevginin tək tonu say
Amma görünməzəm, çünki heyif rəng korusan sən
Hiss dünyaya hissin açır
Necə böyük sevgidir qoyub izinlə çağır
Eşq mənə görə necə yağışlı havadakı
Pəncərə önündə bir fincan çay kimi
Amma çalışıram unudum, xatirələr boğazımı qurudur
Düşünməzdi ki, bu yolun sonu bu
Bura qədər bəsdir daha yoruldum
Sayıram gedib ən dərinə, bizi ayıran ötən günləri mən
Sayıram bil özümü dəli mən
Özüm öz üzərimə götürürəm məni mən
Sayıram olan səhvləri, günah dəftəri dolu toz rəfləri
Sayıram sona qədər davam edib
Sonra geriyə də bəlkə bunlar bir də xoşbəxt məni

Другие песни исполнителя:

  • Aramızda olan ayrılıq zəfərindən Kimə nə qədər düşüb onun zərərindən? De kimin zər əlində? Sevginin şansı yoxdur Heyif, mən də daddım onun zəhərinden Hər səfərində, göz yumuram səhvlərinə Yuxusuz gecələrim qarışıb səhərimə Səbəbi nə? Çəkir əzab ürəyim bu qədər İstəmirəm, heç bir ümid gözləmirəm səndən birdə Get! Dilim susur, gözlər deyir get! Yoxdur ümid, dönmə geri, get! Günahınla, savabınla get! Get! Baxma geri, dönmə geri, get! Dilim susur, gözlər deyir get! Yoxdur ümid, dönmə geri, get! Günahınla, savabınla get! Get! Baxma geri, dönmə geri Dəyişib insanlar, dəyişib zəmanə Saf məhəbbətə verilmir zəmanət Yalanları bir-bir atıram dənizə Xeyiri yoxdu, ürəyimə tiksən də imarət Elə bil duadır ki, cavabsız ibadət Sevgini nifrətlə necə edim ifadə?! Qalmayıb iradə, olunmur idarə Bütün hisslərim tək səndən ibarət Get! Dilim susur, gözlər deyir get! Yoxdur ümid, dönmə geri, get! Günahınla, savabınla get! Get! Baxma geri, dönmə geri, get! Dilim susur, gözlər deyir get! Yoxdur ümid, dönmə geri, get! Günahınla, savabınla get! Get! Baxma geri, dönmə geri
  • O qədər dərtlə, sərlə yüklənmişəm ki, gələn hər qram da dözülməz, ağır Həyat qəmli notlarda, hətta yağan hər yağış da hüzünlə yağır "Tək qalsan, üzülmə, çağır" deyənlərdi əsas üzənlər axı Bu qaçıb yorulan ürəyimin təridi göz yaşlarımla gözümdən axır Məni boğan hər şey sənin əllərinlə yapışır sanki bərk yaxamdan Mənim olan hər şey sənin əlində, oluram sənsiz tərki-cahandan Donan arzular, bəlkə yağan qar Bahar gələcəkmi? hələki zaman var Ölsəm də, bil ki, sənli yaramdan Yaşıyacaq sevgim hər iki zamanda Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət Bu sevgidə qalıbmı cəsarət? Bizi bitmiş hesab et Necə geri dönək? İzah et, izah et Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət Bu sevgidə qalıbmı cəsarət? Bizi bitmiş hesab et Necə geri dönək? İzah et, izah et Var hər gedişin dönüşü Bu səfər niyə dərt-sərə dönüşür eşq? Ya gəl danışaq görüşüb Ya da kəsib ataq hər şeyi bölüşüb Dərdi mənə ver mənə, mənə Nədən ayrılıq, qaranlıq elə mənə? Necə əl çəkim? izah elə Çevirim üzümü gedim, yaraşmaz axı mənə Buxarlı pəncərənin kölgəsi, üstünə yazılıb adlarımız Bizi gözləyir bu qapıda, ikimiz, qurduğumuz o xəyallarımız Axı unuda bilmərəm onu ölsəm, onun nur üzünü bircə dəfə görsəm Necə yaralayıb ürəyi gedirsən, necə ağrı verir axı bir bilsən?. Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət Bu sevgidə qalıbmı cəsarət? Bizi bitmiş hesab et Necə geri dönək? İzah et, izah et Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət Bu sevgidə qalıbmı cəsarət? Bizi bitmiş hesab et Necə geri dönək? İzah et, izah et
  • Mənə pis olma Axı mənə pis olsan, heç vaxt bizdən biz olmaz Sən olmayanda kobud davranıram sağıma-soluma Yaxşı olmağıma səbəb sənsən, mənə pis olma Mənə pis olma, olma Mənə pis olma Axı mənə pis olsan, heç vaxt bizdən biz olmaz Sən olmayanda kobud davranıram sağıma-soluma Yaxşı olmağıma səbəb sən, mənə pis olma Mənə pis olma Məndən başqa sənə kim yaxşı olar? Heç axtarma, tapa bilməzsən Sən məni unuda bilərsən Bilirəm, eh, ya da bilməzsən Mənə yaxın ol, uzaq ol qəmdən Bunu gözəl bilirsən sən də Hər dərdə həmdəməm həm də Bu səbəbdən də Mənə pis olma-a Axı mənə pis olsan, heç vaxt bizdən biz olmaz Sən olmayanda kobud davranıram sağıma-soluma Yaxşı olmağıma səbəb sən, mənə pis olma Mənə pis olma, olma Mənə pis olma Axı mənə pis olsan, heç vaxt bizdən biz olmaz Sən olmayanda kobud davranıram sağıma-soluma Yaxşı olmağıma səbəb sən, mənə pis olma Mənə pis olma, olma Sən mənə, mən sənə dəliyəm Mən sənin ən böyük hədiyyən Gəl qoşul, qaçaq Fikirləşmə kənardan baxanlar nə deyər Mənə yaxın ol, uzaq ol qəmdən Bunu gözəl bilirsən sən də Hər dərdə həmdəməm həm də Bu səbəbdən də Mənə pis olma Axı mənə pis olsan, heç vaxt bizdən biz olmaz Sən olmayanda kobud davranıram sağıma-soluma Yaxşı olmağıma səbəb sənsən, mənə pis olma Mənə pis olma, olma Mənə pis olma-a Авторы: Zamiq Əliyev, Hiss
  • Ömrümüz çərpələng kimi Hərdən kəpənək kimi Dalğada ləpələr kimi Axır, gedir Ömrümüz çərpələng kimi Hərdən kəpənək kimi Dalğada ləpələr kimi Axır, gedir Çıxdıq hər çilədən, ah Dünyaya çərçivədən bax Quruyub, çeşmələr də axmır Əvvəlki kimi Xəzər bilir arzumuzu Baxırdım uzun-uzun Qalmadı dadı-duzu Əvvəlki kimi İnanmıram rastlantıya Hər şey gedir asta guya Darıxmışam - nostalgiya Əvvəlki kimi İnanmıram rastlantıya Hər şey gedir asta guya Darıxmışam - nostalgiya Əvvəlki kimi Ömrümüz çərpələng kimi Hərdən kəpənək kimi Dalğada ləpələr kimi Axır gedir Ömrümüz çərpələng kimi Hərdən kəpənək kimi Dalğada ləpələr kimi Axır gedir Çərpələng kimi... Kəpənək kimi... Ləpələr kimi axır gedir Ömrümüz çərpələng kimi Hərdən kəpənək kimi Dalğada ləpələr kimi Axır gedir