Татарский переводчик Узбекские песни

Песня «Birotaqlı Ev feat. Tomris»
исполнителя Tomris.
Скачать или слушать онлайн

Текст песни:

Ailədə 3 uşaq idik, üçümüz tez böyüdük
Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək
Zamanın təkid etdiyi bir hevesdi,
Inanıb yaşlanıram, biraz olar gəldim işdən evə
Bağışla, söhbətə heç vaxt salamdan başlamıram
Piyada gəldim istədim biraz yağışda qalım
Sən Allah!
Bağışla halım pisdi biraz kefim yoxdu sən deyən
Hardasa artıq 18 ildi
Sağ qonşum bərbər bax bu böyürdəkisə gizirdi
Hərbi hissə var burda bayaq-topayla əsgərlər gəzirdi
Gəl, çay süzüm bağışla ev tör töküntüdü
Tək qalıram səliqə, tək yaşayan kişini hürküdür
Damım damır, evdə darıxmıram yağışçün
Yoxdu deyə, qapım açıq deyil dost tanış çün
96cı ildən çəkirəm bu zibili
Cəhənnəm xatırladar mənə Bakını
Necə Hüseyn Cavidə Sibiri

Pəncərəmdən, görünən yaraşıqlı şəhər üşüdür məni
Gözlərimdən, susaraq danışım həyatım eşidir məni
Tək qalanda, bir otaqlı dünyamda 4 divar içində
Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə

Ilk səsi eşidən kimi qaçmışdım çölə uşaqlar həyətdəydi
Gözümə qürubun elçisi olan qırmızı şəfəq dəydi
Əzrail üfüqdəydi,
Gülləylə bir qanad çalıb
Canın alıb doğmalarımın ölümü önümdəydi
Güllər tək yetişən ailə 4 gülləylə yarım qaldı
Qızımla qaçdım meşəyə o biri dünyada yarım qaldı
Budaqlardan çiynimə tökülən qar əriyir qannan
Alışmış evlərdəki nalələrdən əriyir damlar
Mərd insanlar döyüşdə ölümə qərq insanlar
İllərin ağrıların mücrülər tək qəlbim saxlar
Əllərimi açıb yalvardım ay Allah dəyiş alın yazımı
Əllərimin içində vurdular ayaqyalın qızımı
Qalıb döyüşdüm iki il qaçmadım Azərbaycandan
Heyif qaytarmadı itirdiyim canları aldığım canlar
Soyadımı daşımağa biri qalmayıb
Həyatda bu da bir dərd (Heç kim qalmayıb)
Adımısa bəlkə öləndən sonra daşıyar küçə ya məktəb

Другие песни исполнителя:

  • Gözlərim hər axşam axtarır səni Ürəyim yollardan qayıtmır evə Sənsiz dalğalar da tanımır məni Neyləyim, ürəyim heç yatmır evə Yenə payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Döngələr, küçələr izindən qalır Yarpaq pıçıltısı sənin səsindir Biz olmasaq da bir, sənlə yaşaram Bu şirin xəyallar mənim bəsimdir Yenə payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Yenə payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar
  • Görəsən vicdanım vurarmı bir gün üzümə şillə? Görəsən necə bu cür vecsizliyimə dözmüş illər? Görəsən doğmalarım bir gün atıb gedəcəkmi? Görəsən harda enər sürdüyüm həyatda sərnişinlər? Alagöz fahişələrə, şirin söz və nəvazişlər Müştəri hüzurunda süni gülüş bəyaz dişlər Doğmalar dözər bağışlayar, onsuz öyrəşiblər Hər soyuq addımımı qəbul edib başa düşüblər Görəsən xoş sözlərə aldanıb ulduzmu oldum? Cəmiyətə yem uzatdım, dişlədi quduzmu oldum? Yayı unutdum, qalıb qışda əbədi buzmu oldum? Dünən evin idim, bu gün masavın üstündə tozmu oldum? Sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə Ya bir gün doğurdan böyüyüb, doğurdan düzəldimsə?! Batmaqdan qorxmayıb baxışlarında üzərdimsə Son dəfə bərk yapış əgər tutduğun düz əldimsə Gedəcək Həyatımdan dəqiqələr Nə qədər uzaq qaçsam da tapacaq məni sevgilər 2-ci verse: Yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım Babamın qəbri üstündə doyunca ağlamağım Yadımda deyil nə vaxt demişəm bacıma sevdiyimi Atam heç bilirmi görəsən, onu çox istəməyimi Məni doğurdan sevənlər qalır həmişə diqqətdən kənar Mən gərək qəbul edim gələn hər bir dərddən qərar Mən gərək məğlub edim, içimi çürüdən mənləri Mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin İllərlə paylamaq sətirləri, kimə görə?, nəyə görə? Ən pis gündə səni atıb gedən sevgiliyə görə?! Və bir gün çıxır qabağıva əsl eşq və dərdin azalır Budurmu ədalət ondan sonra sevgidən sətrin azalır Budurmu insanlıq ki, onu incidirsən hər addımda Onu göz yaşı içində küçədə qoyub getmək Əslindəysə ona görə dəyər hər şeyi atıb getmək Nə vaxt ki çıxdı nəhayət bir mələk həyatında Onunla cənnətə uçmaqdansa qanadın qırdın Sahilə çatmamış niyə dərinlərə dalğalandın O can verən sevgini xilas edən son damla qandın Uçdun, etibar etdiyin insanlığa aldandın Doğmalar tərk edir bir bir, gəl çıx, harda qaldın? Nəqarət Gedəcək Həyatımdan dəqiqələr Nə qədər uzaq qaçsam da tapacaq məni sevgilər
  • Otağımın qapısı üzünə açıq bu gün Ürəyimdən fərqli, ürəyimdən fərqli Gəl otur içəridə, bax pəncərədən çölə Təzə qonşu qız gəlib Təzə qonşu qız gəlib Hiss et özünü öz evində Telefon bir əlində Danış kimlə istəsən Danış nə qədər istəsən Səhv axtarma sözümdə Yox, çıxmamışam özümdən Oxuduqca qaçır dadın Dünən "inbox"un açıq qalıb Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Otağımın qapısı üzünə bağlı bu gün Ürəyimdən gəlmir, səni sevmək gəlmir Get otur iç arada Soruş özündən niyə? Sənə sevgim az gəlir Sənə sevgim az gəlir Hiss et özünü öz evində Həyatın öz əlində Yaşa kimlə istəsən Yaşa nə qədər istəsən Hiss et özünü öz evində Həyatın öz əlində Yaşa kimlə istəsən Ya da nə qədər istəsən Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir (Bilirəm ki, səhvim böyükdür, amma sevgimizdən böyük deyil Bu gün axşam yenə səni gözləyəcəm, o adamın üstündə...) Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir
  • Bizi ayırdı ağ-göy təyyarə Səni apardı məndən uzağa Qalxıb ağ buludlardan yuxarı Məni döndərdin kövrək uşağa Bilsəm belə geri gələcəksən Saxlaya bilmirəm yaşları gözümdə Enib o tərəfdə zəng edəcəksən "Güclü ol!" Güc tapmıram özümdə Yorur məni bu get-gəl oyunu Heç yerə ayrılma, qal yanımda Qovur sənli anları əqrəblər Hər gedişin ağrıdı canımda Yorur məni bu get-gəl oyunu Heç yerə ayrılma, qal yanımda Qovur sənli anları əqrəblər Hər gedişin ağrıdı canımda Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Qəm içindəyəm Gəl xilas elə Sən mənim üçün Hər kəsdən öndəsən Dön geriyə gəl, gəl Sar belimi sar, sar Hər bir saniyə (Sənsiz dəli azar) Yorur məni bu get-gəl oyunu Heç yerə ayrılma, qal yanımda Qovur sənli anları əqrəblər Hər gedişin ağrıdı canımda Yorur məni bu get-gəl oyunu Heç yerə ayrılma, qal yanımda Qovur sənli anları əqrəblər Hər gedişin ağrıdı canımda Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Dəyişirəm ölkələri mən geyimtək Hər dəfə yenisini çətin geyinmək Uçuram, açaraq yeni üfüqlər Gedirəm, itirsən yenə üfüqdən Səsləyir uzaqlar, ürəyim yanında Tək sənsən gecələr yuxularımda Sənin yanın - mənim evim, ocağım Gözlə, bu gün gəlirəm buraxıb uzağı Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Bax gözlərimə, içi-içi-içinə Bax gözlərimə, içi-içi-içinə