Татарский переводчик Узбекские песни

Песня «Gəlmədin»
исполнителя Roya.
Скачать или слушать онлайн

Текст песни:

Hey, sən yenə gəlmədin!
Sanki, hər şey nağıl idi
Artıq dözəmmirəm
Əzilib sınmışam
İkimiz qaldıq
Bir mən
Bir də Röya
Gəlmədin, sevgilim
Gəlmədin yanıma
Tutmadın qolumdan
Çəkmədin yanına
Gəlmədin, sevgilim
Gəlmədin yuxuma
Qoxlayıb telimi
Almadın yanına
Mənə deyir
Sən gəlmədin, səsləmədin
Sən gözləmədin məni
Günahkar tək sən idin
Cəhd eləmədin
Sən çağırmadın məni
Nə çox fürsət əldən getdi
Nə çox sözlər deyilmədi
Nə çox yara sağalmadı
Sən gedib bir də gəlmədin
Sən gedib bir də gəlmədin
Mən gəlib bir də görmədm
Bir də çönmədim
Bir də son sözlər çəkildi
Ümidim söndü, ürəyim sönmədi
Olanımı verdim
Qalanımı qurban etdim, yerə endim
Özün seçdiyin yola
Mən gedib bir də gəlmədim
Bir də gəlmədim
Gəlmədin (gələ bilmədim)
Sevgilim (sevgilim)
Gəlmədin (gələ bilmədim)
Yanıma (yanıma)
Tutmadın (tuta bilmədim)
Qolumdan (qolundan)
Çəkmədin (çəkə bilmədim)
Yanına (yanıma)
Gəlmədin (gələ bilmədim)
Sevgilim (sevgilim)
Gəlmədin (gələ bilmədim)
Yuxuma (yuxuma)
Qoxlayıb (qoxlayıb) telimi
Almadın (ala bilmədim)
Yanına (yanıma)
Röya yoxdur
Var uydurma
Hələ də sənə çatmadı
Həyatımız şou, qurma
Haralara bizi atmadı?
Son görüş, vida
Gələcək qida
Beyninə yaz, sağollaşaq
Sonra, dala-qabağa fırlat kasseti
Bir, bir
Bir də bax!
10 il keçdi üstündən
Gəlmədi yaş gözündən
Görünür üzündən
Bəsdir, çıxma özündən
Bir ara yığışıb gəlirdim
Sən öl
Yarı yoldan qayıtdım
Sanki qaranlığa atılırdı
Hər atdığım
Addım-addım
Səninlə bir saat qalmaq istərdim
Qorxuram, gecəyə qalaram
Sənə düzünü demək istərdim
Qorxuram, günahkar olaram
Dediyim hər sözümlə
Hər bir hərəkətimlə
Xətrinə dəymədim
Bu gecə məni gözləmə, canım
Çünki bəlkə gəlmədim
Elə də oldu
Bu doğruldu
Mən yenə də təkəm
Bizdə heç nə alınmadı, bilmirəm nə əcəb?
Sən mənim röyam deyilsən bəlkə?
Mənə deyirdin ki, gəl danış
Özünsə nədənsə gözləmədin
Nə deyim e sənə
Aləm ayılıb
Sənsə hələ də özünə gəlmədin!
Gəlmədin (gələ bilmədim)
Sevgilim (sevgilim)
Gəlmədin (gələ bilmədim)
Yanıma (yanıma)
Tutmadın (tuta bilmədim)
Qolumdan (qolundan)
Çəkmədin (çəkə bilmədim)
Yanına (yanıma)
Gəlmədin (gələ bilmədim)
Sevgilim (sevgilim)
Gəlmədin (gələ bilmədim)
Yuxuma (yuxuma)
Qoxlayıb (qoxlayıb) telimi
Almadın (ala bilmədim)
Yanına (yanıma)
Gəlmədin, gəlmədin
Mən ki, ömür boyu gözləyirdim
Bilmədin
Bilmədin ki, röyamızı özün dağıtdın
Gec oldu, gec oldu
İllər, aylar, günlər
Güllər soldu
Puç oldu, puç oldu hər şey
Geriyə yolumuz yoxdur
Nə edim, nə edim
Sən yenə gəlmədin?
Nə dedim
Nə dedim ki, geri dönmədin?
Nə olar, nə olar
Bunlar unudular
Küləksiz dəyirman
Röyasız yuxuya dönər
Nə edim, nə edim
Sən yenə gəlmədin?
Nə dedim
Nə dedim ki, geri dönmədin?
Nə olar, nə olar
Bunlar unudular
Küləksiz dəyirman
Röyasız yuxuya dönər
Gəlmədin (nə edim?)
Sevgilim (gəlmədin)
Gəlmədin (nə dedim?)
Yuxuma (gəlmədin)
Qoxlayıb (nə olar!) telimi (unudular)
Küləksiz dəyirman
Röyasız yuxuya dönər
Gəlmədin, sevgilim
Gəlmədin yuxuma
Qoxlayıb telimi
Almadın yanına
Yanına
Yanına

Другие песни исполнителя:

  • Soyuq payız küləyi Əsir qəlbimdə Sənin ilıq nəfəsin Yanar içimdə De niyə sən gedirsən ömrümdən vaxtsız mənim? De onda niyə gəldin ömrümə mənim? Toxundum əllərinə, de niyə titrədi qəlbin? Söz tapa bilmədim mən Tutuldu dilim Ürək dözməz həsrətə Coşar çırpınar Getmə, düşün yenə də Qəlbim tək qalar De niyə sən gedirsən ömrümdən vaxtsız mənim? De onda niyə gəldin ömrümə mənim? Toxundum əllərinə, de niyə titrədi qəlbin? Söz tapa bilmədim mən Tutuldu dilim
  • Mən sevginin bəstəsiyəm Havalı eşq nəğməsiyəm Hər dərdə dərman olsamda Onun xəstəsiyəm Həm yuxudur, həm də gerçək Həm səhərdir, həm də gecə Heç bilmirəm bir bədənə İki dünya sığır necə Həm yuxudur, həm də gerçək Həm səhərdir, həm də gecə Heç bilmirəm bir bədənə İki dünya sığır necə Başda fırlanır, göz dumanlanır Ürək odlanır, can yanır, can yanır Mən sevginin bəstəsiyəm Havalı eşq nəğməsiyəm Hər dərdə dərman olsamda Onun xəstəsiyəm Mən sevginin bəstəsiyəm Havalı eşq nəğməsiyəm Hər dərdə dərman olsamda Onun xəstəsiyəm Nə loğmandır, nə də təbib Elə bil ki göydən enib Bu dünya alt-üst olarkən Gəlib qəlbimdə gizlənib Nə loğmandır, nə də təbib Elə bil ki göydən enib Bu dünya alt-üst olarkən Gəlib qəlbimdə gizlənib Başda fırlanır, göz dumanlanır Ürək odlanır, can yanır, can yanır Mən sevginin bəstəsiyəm Havalı eşq nəğməsiyəm Hər dərdə dərman olsamda Onun xəstəsiyəm Mən sevginin bəstəsiyəm Havalı eşq nəğməsiyəm Hər dərdə dərman olsamda Onun xəstəsiyəm
  • When there are no waves and if there is no fire Nothing left to say Lie along the edge and hope it's never near Help is on the way Floating far Waiting in the grey Hold to something Only for a way When there are no cracks and if there is no light Something chose the way Laying in a gap, the words in between Help is on the way Floating far Waiting in the grey Hold to something Only for a way Floating far Waiting in the grey Hold to something Only for a way
  • Yaz gecəsiydi Getdin göz qırpımında, eşqim Getdin arzularımla, röyalarımla, nağıllarımla Əyildi qəddim Soldum bir bənövşətək, eşqim Uçdun mələklərimlə, diləklərimlə, istəklərimlə Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim İndi öz-özümlə mən tək bacarmıram, eşqim Açılmır səhər Sənsiz ömür bir kədər, eşqim Uçsuz ləpələr sonsuz, səma ulduzsuz Bulaqlar susuz qalıb sızlayır Könlüm od alovlayır, eşqim Leyli məhəbbəti üçün, hər zərrəsi üçün, öz Məcnunu üçün Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim İndi öz-özümlə mən tək bacarmıram, eşqim Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim İndi İndi öz-özümlə bacarmıram Bacarmıram Tək bacarmıram Kövrəlmişəm mən Bacarmıram