Ayrılmazdıq, ayrıldıq necə?
Ürəyim ah çəkir necə!
Ağlamazdım, ağlatdın necə?
Həyatımsan sən mənim
Ayrılmazdıq, ayrıldıq necə?
Ürəyim ah çəkir necə!
Ağlamazdım, ağlatdın necə?
Həyatımsan sən mənim
Sevgilim, əzizim mənim
Dağlanır ürəyim dərd-qəmdən
Ayrılıb qaranquş kimi uçdun
Bir gün tərk etdin məni
Sevgilim, əzizim mənim
Dağlanır ürəyim dərd-qəmdən
Ayrılıb qaranquş kimi uçdun
Bir gün tərk etdin məni
Gecəyə bax, ulduzlu gecə
Gözlərim yol çəkir necə!
Sənsiz keçir daha bir gecə
Necə qaytarım səni?
Gecəyə bax, ulduzlu gecə
Gözlərim yol çəkir necə!
Sənsiz keçir daha bir gecə
Necə qaytarım səni?
Sevgilim, əzizim mənim
Dağlanır ürəyim dərd-qəmdən
Ayrılıb qaranquş kimi uçdun
Bir gün tərk etdin məni
Sevgilim, əzizim mənim
Dağlanır ürəyim dərd-qəmdən
Ayrılıb qaranquş kimi uçdun
Bir gün tərk etdin məni
Sevgilim, əzizim mənim
Dağlanır ürəyim dərd-qəmdən
Ayrılıb qaranquş kimi uçdun
Bir gün tərk etdin məni
Sevgilim, əzizim mənim
Dağlanır ürəyim dərd-qəmdən
Ayrılıb qaranquş kimi uçdun
Bir gün tərk etdin məni
Ayrılmazdıq, ayrıldıq necə?
Ürəyim ah çəkir necə!
Ağlamazdım, ağlatdın necə?
Həyatımsan sən mənim
Sənsiz keçir daha bir gecə
Necə qaytarım səni?
Gözlərimin qarasıydı
Ürəyimin parasıydı
Mən tək qalanda
Heç demədin: "Hara getdin?"
Heç demədin: "Kimə qaldın?"
Mən tək qalanda
Gözəlliyə uyan çoxdur
Ürəyə qulaq asan yoxdur
Aman, acı şərab dostum oldu!
Sərxoş yolu gedən oldum
Mən tək qalanda
Vallah, yanıram, a dostlar
Yanıram
Mən tək qalanda
Qızımız balacaydı
Bir yaşı tamam oldu
Biz tək qalanda
Gecəyarısı gedən oldun
Sənsiz bizə çətin oldu
Biz tək qalanda
Balaca ürək döyünürdü
Bağrıma basıb söyünürdüm, aman
Dedim, evim talan oldu
Xoş xəbərə həsrət oldum
Mən tək qalanda
Vallah, yanıram, a dağlar
Yanıram
Mən tək qalanda
İllər ötüb keçən oldu
Qızımızın toyu oldu
Sən tək qalanda
Məclis deyib gülən oldu
Dost-tanışdan uzaq oldun
Sən tək qalanda
Gözlərimin qarasıydı
Ürəyimin parasıydın
Mənə yaman baxan oldun
Birdən durub gedən oldun
Sən tək qalanda
Vallah, yanırsan
Bilirəm, yanırsan
Sən tək qalanda
Tövbə, yanırsan
Yanırsan
Sən tək qalanda
Dünyanın işinə bax
Nə gözəldir bu gecə!
Otumuşuq üz – üzə
Ürəklər yaxın
Saatına baxaraq
"Gedim" deyər indicə
İndi mənim yanımda
Oturan qadın
Saatına baxaraq
"Gedim" deyər indicə
İndi mənim yanımda
Oturan qadın
Gecələr yuxusuzdur
Yalnız mənim könlümdə
Məni özündən artıq
İstəyən qadın
Hər görüşün sonunda
Həsrət qalır qəlbimdə
Arxamca qapısından
Su atan qadın
Hər görüşün sonunda
Həsrət qalır qəlbimdə
Arxamca qapısından
Su atan qadın
Mənim öz ailəm var
Qəribədir bu qismət
Məndən ayrılıb getsən
Qalaram həsrət
Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın
Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın
Dünyanın işinə bax
Qəribədir bu gecə!
Otumuşuq üz – üzə
Ürəklər yaxın
Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın
Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Məndən ayrılıb gedər
Sevdiyim qadın
Məndən ayrılıb getmə
Sevdiyim qadın
Məndən ayrılıb getmə
Sevdiyim qadın
Əzizim, canım, gözüm, bu dərdə necə dözüm?
Əzizim, canım, gözüm, yollarda qalıb gözüm
Mənim kimi sevmədin, mənə boyun əymədin
Əllərim ki, dəymədi sevdim səni nə fayda?
Aldandım, suç etdim, bu sevdanı puç etdin
Atıb məni sən getdin, sevdim səni nə fayda?
Bənövşə bizim bağda, lalələr uca dağda
Gül açır solda, sağda sən gələndə
Yağış da damla-damla yağarmış hey aramla
Gülüm, məni harayla sən gələndə
Səbrimi hicran kəsdi, ayrılığa kim tələsdi?
Səbrimi hicran kəsdi, ayrılığa, canım, kim tələsdi?
İz qoymadıq dodaqda nə də ki, al yanaqda
İndi sən də uzaqda, sevdim səni nə fayda?
Həmdəm oldun yada sən, məni atdın oda sən
Eşqi verdin bada sən, sevdim səni nə fayda?
Bənövşə bizim bağda, lalələr uca dağda
Gül açır solda, sağda sən gələndə
Yağış da damla-damla yağarmış hey aramla
Gülüm, məni harayla sən gələndə
Taleyim sənin olsun, qəlbimə ümid dolsun
Taleyim sənin olsun, qəlbimə ümid dolsun
Gözlərimə baxmadın, damarımdan axmadın
Yollarıma çıxmadın, sevdim səni nə fayda?
Həmdəm oldun yada sən, məni atdın oda sən
Eşqi verdin bada sən, sevdim səni nə fayda?
Bənövşə bizim bağda, lalələr uca dağda
Gül açır solda, sağda sən gələndə
Yağış da damla-damla yağarmış hey aramla
Gülüm, məni harayla sən gələndə
Bənövşə bizim bağda, lalələr uca dağda
Gül açır solda, sağda sən gələndə
Yağış da damla-damla yağarmış hey aramla
Gülüm, məni harayla sən gələndə