Татарский переводчик Узбекские песни

Aygün Səmədzadə.
 Слушать песни исполнителя и скачать онлайн.
Страница 3

Aygün Səmədzadə

  • Sahilə gəmi gəldi Küləyin nəmi gəldi Yaş tök, ağla, gözlərim Ayrılıq dəmi gəldi Sahilə gəmi gəldi Küləyin nəmi gəldi Yaş tök, ağla, gözlərim Ayrılıq dəmi gəldi Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Ulduzlar sayrışanda Ürəklər qovuşanda Çətin olur ayrılıq Göz-göz alışanda Ulduzlar sayrışanda Ürəklər qovuşanda Çətin olur ayrılıq Göz-göz alışanda Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Yolunu gözləmişəm Nagüman etmə məni Yolunu gözləmişəm Nagüman etmə məni
  • Dindi yenə xatirələr Döndüm yenə o günlərə İstədim ki, əvvəlkitək Tutum sənin əllərindən Gözümüzdə, könlümüzdə Neçə arzu, neçə istək Xumarlanaq xoşbəxtlikdən Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Gözümüzdə, könlümüzdə Neçə arzu, neçə istək Xumarlanaq xoşbəxtlikdən Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən İstədim ki, əvvəlkitək Yenə mənə rast gələsən Güya elə sən də ordan Keçirmişsən təsadüfən İstədim ki, geri dönəm Qaynar gözlərin görəm Baxışlarından titrəyəm Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək İstədim ki, geri dönəm Qaynar gözlərin görəm Baxışlarından titrəyəm Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Yenə məni gözləyirsən
  • Geyimimiz, hüququmuz bir idi Şagird idi hamımızın adı da Elə bil ki, boyumuz da eyni idi Aman Allah, nə xoşbəxtdik biz onda! Bir müəllim töhməti idi dərdimiz Bir töhmətdən için-için yanırdıq Hələ onda bilmirdik ki bunu biz Bir gün necə həsrət ilə anarıq Dünya hələ bizim üçün nağıldı Min arzuyla alışırdıq, yanırdıq Özümüzü biz hamıdan ağıllı Özümüzü nə bəxtəvər sanırdıq Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Hələ onda bu dünyanın şərindən Yalanından xəbərimiz yox idi Qəm-qüssəmiz, kədərimiz bir damcı Hələ onda sevincimiz çox idi Yazılanı bir silgiylə pozmaq da Bizim üçün nə asandı, nə asan Xəbərsiz ömrümüzə biz hələ Tale yazan pozulmayan yazıdan Dünya hələ bizim üçün nağıldı Min arzuyla alışırdıq, yanırdıq Özümüzü biz hamıdan ağıllı Özümüzü nə bəxtəvər sanırdıq Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Ən təmiz arzulu günləri Ən təmiz arzulu günləri
  • Tut ağacım, tut ağacım, Aman yerim, güman yerim. Xatirələr qanadında Yaşatdığım pənah yerim. Tut ağacım, tut ağacım, Sirrli sözüm, anan yerim. Tut ağacım, ucalığım, De, arzuma necə çatım? De, köksünə neçə çarpaz dağ çəkmişəm? Neçə körpə budağını mən əzmişəm? Bir gün, şirin xatirələr sorağıyla, Səni gözləyəcəyimi bilməmişəm. İndi sənin budağında İz qoymaq müşkül olub. Əl çatmayan arzulartək Xatirələr dönməz olub. İndi yoxsan yuxularda Mən gördüyüm röyam kimi. İndi yoxsan o göylərdə Əl çatmayan ulduz kimi.