Татарский переводчик Узбекские песни

Песня «Səninlə (Sevgilim)»
исполнителя Aygün Kazımova.
Скачать или слушать онлайн

Текст песни:

Nə olar məni də özünlə apar,
Qoyma bu dünyada mən tənha qalım.
Nə olar məni də özünlə apar,
Qoyma bu dünyada mən tənha qalım.

Məni də kədərin əlindən qurtar,
Səninlə dünyanın sevincin dadım.
Məni də kədərin əlindən qurtar,
Səninlə dünyanın sevincin dadım.

Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar.
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar.

Dünya nə gözəldir, xəyaldan gözəl,
Sevincdən gözlərim dolmaq istəyir.
Dünya nə gözəldir, xəyaldan gözəl,
Sevincdən gözlərim dolmaq istəyir.

Ürəyim uşaqtək öyrəşib sənə,
Həmişə səninlə qalmaq istəyir...
Ürəyim uşaqtək öyrəşib sənə,
Həmişə səninlə qalmaq istəyir...

Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar.
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar.

Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar.
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar...

Другие песни исполнителя:

  • Aramızda nə qalıb ki? Bir keçilməz dərya var Yadımızda nə qalır ki? Bir yozulmaz röya var Yadımızda nə qalır ki? Bir yozulmaz röya var Səni məndən kim alar ki Qismətinə kim qalar ki? Mənim olsan nə olar ki? Dağılmaz ki, bu dünya! Mənim olsan nə olar ki? Dağılmaz ki, bu dünya! Bu çalınan nə kamandır? Ürəyimin telləri Görüşmürük nə zamandır Saymaq olmur illəri Görüşmürük nə zamandır Saymaq olmur illəri Bilməz idim sinəmdəsən Bu kimsəsiz aləmdəsən Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Bilməz idim sinəmdəsən Bu kimsəsiz aləmdəsən Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya
  • Bu nə cür eşq odudur ki, bürüyübdür canımı? Özümü atəşə saldım, sevib Aygün xanımı O da sanki aya bənzər, günə bənzər bir adam Ona məncə vurular, aşiq olar hər bir adam O da sanki aya bənzər, günə bənzər bir adam Ona məncə vurular, aşiq olar hər bir adam Səninlə ki görüşmüşəm Ah, nə yaman dəyişmişəm Mən də bu eşqə düşmüşəm Mən də sevirəm Səninlə ki görüşmüşəm Ah, nə yaman dəyişmişəm Mən də bu eşqə düşmüşəm Mən də sevirəm Mən sevirəm Məni sevsən də, yenə mən daha artıq yanıram Sənə kim eşqini elan eləyib, qısqanıram Öz əlin dəysə sənə, qısqanıram əllərini Mənə qalsa, deyərəm: "tökmə üzə tellərini!" Nə günah sayibiyəm ki axı? Az danla məni! Məni el sevsə də, yalnız səninəm, anla məni Hövsələdən çıxma belə Qəlbini heç sıxma belə Şüphə ilə baxma belə Mən də sevirəm Hövsələdən çıxma belə Qəlbini heç sıxma belə Şüphə ilə baxma belə Mən də sevirəm Mən sevirəm Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Necə isbat eləyərsən mənə məhəbbətini? Eləyərsənmi, desəm: "tərk elə öz sənətini!" O zaman da ürəyim rahat olar, dincələrəm Səni bu sevgidə öz yarına sadiq bilərəm O zaman da ürəyim rahat olar, dincələrəm Səni bu sevgidə öz yarına sadiq bilərəm Dərk elə öz söhbətini! Gəl, unut bu niyyətini! Sən sevirsən sənətini Mən də sevirəm Dərk elə öz söhbətini! Gəl, unut bu niyyətini! Sən sevirsən sənətini Mən də sevirəm Mən sevirəm Elədirsə, qoşulaq bir-birinə, ad eləyək Sən oxu, mən də deyim, bir təzə icad eləyək Ola gerçək və həyata keçə bu xülyamız Həm sənət yaşasın, həm də bizim sevdamız Var idi məndə də çoxdan belə bir arzu, dilək Yaradaq mahnı, qoyaq biz adını "Sevdi Ürək" Qoy eşitsin bütün cahan Bu doğrudur, deyil yalan Yarım məni sevir yaman Mən də sevirəm Qoy eşitsin bütün cahan Bu doğrudur, deyil yalan Yarım məni sevir yaman Mən də sevirəm Mən sevirəm Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı
  • Gəldi zəif nöqtəmi tutdu Ruhumu əzbərlədi sevgi Qəlbimi təmkinlə ovutdu Köksümü xəncərlədi sevgi O bunu bildi bilmədi yarımdı o Üzümə güldü gülmədi yarımdı o Mən onu həyatım boyu gözləyəcəyəm Yanıma gəldi gəlmədi yarımdı o O məni atdı atmadı yarımdı o Xəbəri çatdı çatmadı yarımdı o Söz verib artıq mənə yar olmağa Sözünü tutdu tutmadı yarımdı o Mən hara getsəmdə o getməz Ətrini ismarladı sevgi Onu axı heç kim əvəz etməz Hər dəfə təkrarladı sevgi Aygünü heç kim əvəz etməz Hər dəfə təkrarladı sevgi O bunu bildi bilmədi yarımdı o Üzümə güldü gülmədi yarımdı o Mən onu həyatım boyu gözləyəcəyəm Yanıma gəldi gəlmədi yarımdı o O məni atdı atmadı yarımdı o Xəbəri çatdı çatmadı yarımdı o Söz verib artıq mənə yar olmağa Sözünü tutdu tutmadı yarımdı o Ruhuma bir can kimi lazımdı o Xəyalıma ünvan kimi lazımdı o Mən axı onsuz gecələr boğuluram Nəfəsimə dərman kimi lazımdı o
  • Yenə yağışlar yağır qəlbimdə Sanki, sızılır göz yaşlarımız Tut sevgimizi incə əlində Qoyma aparsın eşqımı payız Bir damla yaşa döndü sevda qəlbimdə Qəlb susan, doğru yalan gəzdi dillərdə Dinmə, dinmə odlanır Xəzər qəlbimdə Sönmə, sönmə eşqimin odu Küsmə, küsmə payızın solan eşqindən Dönmə, dönmə dönmə bəxtimə Ürəyimizə bu məhəbbəti Bilmədik necə payız yazdırdı Ötüşdü keçdi, yenə qayıtdı Qayıtdı pozdu bu bilmədi Bir damla yaşa döndü sevda qəlbimdə Qəlb susan doğru yalan gəzdi dillərdə Dinmə, dinmə odlanır Xəzər qəlbimdə Sönmə, sönmə eşqimin odu Küsmə, küsmə payızın solan eşqindən Dönmə, dönmə dönmə bəxtinmdən Dinmə, dinmə, dinmə... Dinmə, dinmə odlanır Xəzər qəlbimdə Sönmə, sönmə eşqimin odu Küsmə, küsmə payızın solan eşqindən Dönmə, dönmə dönmə bəxtimdən Dinmə, dinmə... Dönmə, sönmə... Küsmə, küsmə... Dönmə, dönmə... Dönmə bəxtimdən... Dönmə bəxtimdən... Dönmə bəxtimdən...
  • Axdı göz yaşlarım bulağa döndü Sonuncu ümidim şam kimi söndü Hayana boylandım əksin göründü Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Elə bil bu payız, yarım ömrümə əsdi Ayrılıq yürüyüb, canım yolumu kəsdi Məni öldürməyə zalım bu nə həvəsdir Bu necə taledir, bu necə bəxtdir Gözlərim yollara boylanıb qalıb Əllərim bəxt camını əlimdən salıb Ayrılıq canımı, canımdan alıb Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Elə bil bu payız, yarım ömrümə əsdi Ayrılıq yürüyüb, canım yolumu kəsdi Məni öldürməyə zalım bu nə həvəsdir Bu necə taledir, bu necə bəxtdir