Татарский переводчик Узбекские песни

Песня «Məzəli Mahnı»
исполнителя Aygün Kazımova.
Скачать или слушать онлайн

Текст песни:

Qara gözlü badam o dedi
Yox yox yox yox
Mənə gəlsin qadan
Yox yox yox yox

Dedim ay qız dayan
Dedim olsun həyan, səndən yar olmaz mənə

Düz dolan düz otur, ay kişi
Yaş ötüb deyəsən 70-i
Bir dənə ağzında yox dişi
Bir utan qızına aşıq olarmı adam
Bir utan qızına aşıq olarmı adam

Sənə qurban Hacı o dedi
Yox yox yox yox
Hacı yar möhtacı o dedi
Yox yox yox yox

Dedim insaf elə
Dedim gülə gülə səndən yar olmaz mənə

Düz dolan düz otur, ay kişi
Yaş ötüb deyəsən 70-i
Bir dənə ağzında yox dişi
Bir utan qızına aşıq olarmı adam
Bir utan qızına aşıq olarmı adam

Gəl girək qol qola o dedi
Yox yox yox yox
A quzum gəl yola o dedi
Yox yox yox yox

Dedim ay qız insaf elə
Dedim olsun həyan, səndən yar olmaz mənə

Düz dolan düz otur, ay kişi
Yaş ötüb deyəsən 70-i
Bir dənə ağzında yox dişi
Bir utan qızına aşıq olarmı adam
Bir utan qızına aşıq olarmı adam

Другие песни исполнителя:

  • Başım qarışdı, bu dəli fikirlərin içində qarışıram Cismimə dəymə, yerdən qopmuşam, ruhumla alışıram Soyuq divarlar, tənha otaqda özümlə danışıram Ömür yarışdır, mən bu yarışda ölümlə dalaşıram Gələ-gələ, gedə-gedə Yenə-yenə, pillə-pillə gedə-gedə Gəlir mənə elə-belə bu həyat Görə-görə, gedə-gedə... Yağış olmuşam, yağıb dolmuşam göylərdən yerə Leysan olmuşam, sel aparmışam gözlərdən yerə Xəyala dalmışam, güzgüyə baxdım Nə hala qalmışam, çox qocalmışam... Mən bu canımı borca almışam göylərdən yerə
  • Bir baxışdan zülmətlərə nur boyanar Oyanar qəlblərdən ən gizli, sirli duyğularımız Hər görüşdən ürəklərdə bir xatirə iz salar Kövrələr həsrətli gözlər, tənha gecələr Ondan mənə hər dəfə yazılan son sevgi məktubunda Oxuyub gözlər ağlar yenə əlvida Toxunub dəyib əllər özgə birinə Kimi əzizləyib o mənim yerimə? Mən yox, bu yolu o seçdi Bu dəfə o çox, amma çox gecikdi Özü günahkar qürura yenildi Özü günahkar yalanı sevirdi Ən çox o belə deyirdi Güya ki mən yox, o məni sevirdi Yalana bax... Amma günah bu, elə günah Mən yox, bu yolu o seçdi Bu dəfə o çox, amma çox gecikdi Özü günahkar qürura yenildi Özü günahkar yalanı sevirdi
  • Bu gecə də içmişəm Sən demə heçmişəm Sənə görə nələrdən keçmişəm Sən demə dəyməzmiş Sən demə dəyməzmiş Sən demə dəyməzmiş Sən demə dəyməzmiş Dəyməzmiş Gəldin, gəlişinlə sən oldun çarə dərdimə Eşq baxçamıza baxıram bağ olsun Gülləri dər demə Demişdilər eşitmişdim O qədir bilməzmiş Göz yaşı silməzmiş Sənə görə dəyməzmiş Sənə görə dəyməzmiş Sənə görə dəyməzmiş Sənə görə dəyməzmiş Dəyməzmiş Saçların qara Elə gecələr kimi Uzaqlara aparır Elə küçələr kimi Tanışdı məsamələr Uzaq etdi məsafələr Demişdilər, eşitmişdim O qədir bilməzmiş Göz yaşı silməzmiş Sənə görə dəyməzmiş Sənə görə dəyməzmiş Sənə görə dəyməzmiş Sənə görə dəyməzmiş Dəyməzmiş Sənə görə dəyməzmiş
  • Axdı göz yaşlarım bulağa döndü Sonuncu ümidim şam kimi söndü Hayana boylandım əksin göründü Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Elə bil bu payız, yarım ömrümə əsdi Ayrılıq yürüyüb, canım yolumu kəsdi Məni öldürməyə zalım bu nə həvəsdir Bu necə taledir, bu necə bəxtdir Gözlərim yollara boylanıb qalıb Əllərim bəxt camını əlimdən salıb Ayrılıq canımı, canımdan alıb Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Elə bil bu payız, yarım ömrümə əsdi Ayrılıq yürüyüb, canım yolumu kəsdi Məni öldürməyə zalım bu nə həvəsdir Bu necə taledir, bu necə bəxtdir