Татарский переводчик Узбекские песни

Песня «Olduğum Kimi»
исполнителя Elnarə Xəlilova.
Скачать или слушать онлайн

Текст песни:

Bəlkə də mən sənin arzuladığın deyiləm
Bəlkə xəyallarındakı o kəs deyiləm
Məni elə belə gördüyün kimi qəbul et
Vücuduma aldanma, sən ruhumu hiss et
İçimdəki gözəlliyi gör, sev
Ürəyimin döyüntüsün hiss et
Məhəbbəti gözlərimdən gör, sev
Məni olduğum kimi, olduğum kimi qəbul et

Bəlkə də sevgimi sənə göstərə bilmirəm
Bəlkə şirin sözlər qurub deyə bilmirəm
Məni elə belə susduğum kimi qəbul et
Vücuduma toxunma, gəl ruhuma sarıl
İçimdəki gözəlliyi gör, sev
Ürəyimin döyüntüsün hiss et
Məhəbbəti gözlərimdən gör, sev
Məni olduğum kimi, olduğum kimi qəbul et

İçimdəki gözəlliyi gör, sev
Ürəyimin döyüntüsün hiss et
Məhəbbəti gözlərimdən gör, sev
Məni olduğum kimi, olduğum kimi qəbul et

Другие песни исполнителя:

  • Lətifəmiz, sən hər zaman bizimlə olacaqsan Sən həmişə qəlbimizdə yaşayacaqsan Zərif, xoş, incə təbəssümün Mülayim, sehrli hər sözün Dünənkitək xatirimizdə qalacaq Lətifəmiz, yerin o qədər çox görünür ki! Yüz il də keçsə, yaddaşlarda, bil, qalacaqsan Ömrünü övladlara verdin, həyatını onlara həsr etdin Heç zaman heç nəyini əsla əsirgəmədin Umuram, indi sən ən yaxşı yerdəsən Sanıram, əslində mavi göylərdəsən Əminəm, çox rahat, sakit əllərdəsən Sən həmişə, daim bizimləsən Sevimli gəlinin sənə həsr edibdir bu əziz mahnını Əlində olaydı nəyisə dəyişmək sənə görə kaş onu! Özləməkdir tək çıxış yolu, sevilməyindir bu yolun sonu Özünü sevdirə bildin, Lətifəmiz Nəvələrin sənin üçün çox darıxırlar Yaxınların, doğmaların sənsiz sıxılırlar Özləməkdir həsrətin sonu, sevilməkdir həyatın yolu Özünü sevdirə bildin, Lətifəmiz Umuram, indi sən ən yaxşı yerdəsən Sanıram, əslində mavi göylərdəsən Əminəm, çox rahat, sakit əllərdəsən Sən həmişə, daim bizimləsən Umuram, indi sən ən yaxşı yerdəsən Sanıram, əslində mavi göylərdəsən Əminəm, çox rahat, sakit əllərdəsən Sən həmişə, daim bizimləsən
  • Araz axar lil ilə Dəstə - dəstə gül ilə Araz axar lil ilə Dəstə - dəstə gül ilə Mən yarımı sevirəm Şirin - şirin dil ilə Mən yarımı sevirəm Şirin - şirin dil ilə Ay Laçın, can Laçın Mən sənə qurban, Laçın... Ay Laçın, can Laçın Mən sənə qurban, Laçın... Arazı ayırdılar Qum ilə doyurdular Arazı ayırdılar Qum ilə doyurdular Mən yardan ayrılmazdım Zülm ilə ayırdılar Mən yardan ayrılmazdım Zülm ilə ayırdılar Ay Laçın, can Laçın Mən sənə qurban, Laçın... Ay Laçın, can Laçın Mən sənə heyran, Laçın... Ay Laçın, can Laçın Mən sənə qurban, Laçın...
  • Məni yaşadır məhəbbətim Günəş nurludur səadətim Gecə ulduzlar həmsöhbətim Heç vaxt tükənməz sədaqətim Dünya gözəl duman, çəndə Düşdüm kəməndə Sevdim mən də Ümid dünyam, pənahımsan Xoşbəxt talehim, sabahımsan Sevdim səni Həyat möcüzə, eşq dənizi Hər bir dalğanın qalır izi Tez-tez özünə (Tez-tez tez-tez) çəkir bizi, (Bizi) Ülvi sevginin (Ülvi sevginin) cazibəsi. (cazibəsi) Dünya gözəl duman, çəndə Düşdüm kəməndə Sevdim mən də. (Sevdim) Ümid dünyam, pənahımsan Xoşbəxt talehim, (Talehim) sabahımsan Sevdim səni Dünya gözəl duman, çəndə Düşdüm kəməndə Sevdim mən də. (Sevdim mən də) Ümid dünyam, pənahımsan Xoşbəxt talehim, sabahımsan Sevdim səni
  • Nə gözəldir məclisdir, yığışmışıq biz Səbəbi al donlu gözəl gəlinimiz El içində "Xınayaxdı" deyərlər Bəzənib-düzənib təbrik edərlər El içində "Xınayaxdı" deyərlər Bəzənib-düzənib təbrik edərlər Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Bəzənib xonçalar, bəzənib gəlin Ay dostlar, qohumlar, hamınız gəlin Xınalı əllərlə süzür gözəllər Onlar üçün də olsun belə qismətlər Xınalı əllərlə süzür gözəllər Onlar üçün də olsun belə qismətlər Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Bir gün də gələrik sevincdən sizə
  • Düşəndə yadıma sənli günlərim Sinəmdə həsrətdən ocağ qalanır Başlanır dumanlı, çənli günlərim Ömrümə qəmli bir ömür calanır Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Getdin gözlərində qəmli baxışlar Mənimlə danışıb gülməyəcəksən Bəlkə gələcəksən yağan yağışla Bəlkə də heç zaman gəlməyəcəksən Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım?