Татарский переводчик Узбекские песни

Песня «Alınmaz»
исполнителя Namiq Qaraçuxurlu.
Скачать или слушать онлайн

Текст песни:

Ayrılırıq deyə-deyə dad eylədi
Doğma ikən o məni yad eylədi
Ayrılırıq deyə-deyə dad eylədi
Doğma ikən o məni yad eylədi
Dedim "gəl görüşək", inad eylədi
Neçə dəfə yazdım ki, yazışmaqla alınmaz
Neçə dəfə yazdım ki, yazışmaqla alınmaz
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz

Saçlarının ətri küləkdən gəlir
Bəlkə də mövsümdür, çiçəkdən gəlir
Saçlarının ətri küləkdən gəlir
Bəlkə də mövsümdür, çiçəkdən gəlir
Eşq elə bir şeydir, ürəkdən gəlir
Onu soraqlamaqla, soruşmaqla alınmaz
Onu soraqlamaqla, soruşmaqla alınmaz
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz

Yar yarı hər davranışından sevər
Hətta ağlı çıxar başından, sevər
Yar yarı hər davranışından sevər
Hətta ağlı çıxar başından, sevər
Ruh sevərsə, ilk baxışından sevər
Sevməsə, illərlə baxışmaqla alınmaz
Sevməsə, illərlə baxışmaqla alınmaz
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz

Məni elə məyus etdi nazlı dilbər
Könlümü verdim, o da vurdu xəncər
Məni elə məyus etdi nazlı dilbər
Könlümü verdim, o da vurdu xəncər
Qəlb elə incədir, büllura bənzər
Sındısa, məhv oldu, çalışmaqla alınmaz
Sındısa, məhv oldu, çalışmaqla alınmaz
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz

Другие песни исполнителя:

  • Bu gəcə yum gözlərini; xəyalına gəlim, gedim Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim Neçə vaxtdır görüşmürük, ayrı düşüb yollarımız Bəlkə biz başa düşmürük, görüşür xəyallarımız Neçə vaxtdır görüşmürük, ayrı düşüb yollarımız Bəlkə biz başa düşmürük, görüşür xəyallarımız Nəyi ki, deyə bilməsək, ruhumuz danışar bizim Bir-birin' görə bilməsək, yuxumuz qarışar bizim Bir arzu tut Bu gecə yum gözlərini; xəyalına gəlim, gedim Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim Alacağın bu candırsa, onu sənə verim, gedim Sən rahat öz ömrünü sür, mən də rahat ölüm, gedim Bir gün əgər mən olmasam, telinə kim sığal çəkər? Qorxuram, ayrılanlara hamı bizi misal çəkər Bir gün əgər mən olmasam, telinə kim sığal çəkər? Qorxuram, ayrılanlara hamı bizi misal çəkər Geri dönmədin, qovuşaq; biraz insafa gəlmədin Axı demişdin, bir olaq; sözünü tuta bilmədin Bir arzu tut Bu gecə yum gözlərini; xəyalına gəlim, gedim Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim Alacağın bu candırsa, onu sənə verim, gedim Sən rahat öz ömrünü sür, mən də rahat ölüm, gedim Bu gecə yum gözlərini; xəyalına gəlim, gedim Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim Alacağın bu candırsa, onu sənə verim, gedim Sən rahat öz ömrünü sür, mən də rahat ölüm, gedim Bu gecə yum gözlərini; xəyalına gəlim, gedim Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim Alacağın bu candırsa, onu sənə verim, gedim Sən rahat öz ömrünü sür, mən də rahat ölüm, gedim