Татарский переводчик Узбекские песни

Песня «Demirəm»
исполнителя Zülfiyyə Xanbabayeva.
Скачать или слушать онлайн

Текст песни:

Çökdü yollarıma taleyin çəni
Sənli günlərimdə itirdim səni
Özün - “get” demisən, bağışla məni
Son dəfə yolundan mən çıxıb gedirəm
Demirəm, qəlbində gözüm qalacaq
Demirəm, dilimdə sözüm qalacaq
Gülüm, gözlərində gözüm qalacaq
Özüm öz könlümü yıxıb gedirəm mən
Demirəm, qəlbində gözüm qalacaq
Demirəm, dilimdə sözüm qalacaq
Gülüm, gözlərində gözüm qalacaq
Gedirəm…
Könlüm çoxdan dönüb bir qəmli neyə
Qəlbim öyrənibdir elə qəm yeyə
Arxamca izimi itirsin deyə
Gözümü yollara sıxıb gedirəm
Demirəm, qəlbində gözüm qalacaq
Demirəm, dilimdə sözüm qalacaq
Gülüm, gözlərində gözüm qalacaq
Özüm öz könlümü yıxıb gedirəm mən
Demirəm, qəlbində gözüm qalacaq
Demirəm, dilimdə sözüm qalacaq
Gülüm, gözlərində gözüm qalacaq
Gedirəm…
Bilirəm
Sevirəm
Gedirəm
Bilirəm
Sevirəm
Gedirəm
Demirəm, qəlbində gözüm qalacaq
Demirəm, dilimdə sözüm qalacaq
Gülüm, gözlərində gözüm qalacaq
Özüm öz könlümü yıxıb gedirəm mən
Demirəm, qəlbində gözüm qalacaq
Demirəm, dilimdə sözüm qalacaq
Gülüm, gözlərində gözüm qalacaq
Gedirəm…

Другие песни исполнителя:

  • Aya-günə dönmüsən Ayla, günlə dinmisən Bəlkə mənsiz sönmüsən Sənlə sənsiz qalmışam Xəyallarım baş alır Fikirlərim çaş qalır Gözüm nədən yaşarır? Sənlə sənsiz qalmışam Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Ayla qoşa gəzənim Gözlərimdə üzənim Kədərimlə bəzənim Sənlə sənsiz qalmışam Nağıllardan gələnim Gözlərimdə gülənim Qoy yuxuna bələnim Sənlə sənsiz qalmışam Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır, çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır
  • Yollarda bir baxış gəzər, dolanar Qəlbimdə hey yanar odlar qalanar Bu nə gözdür, yaşlar süzər Ya sənindir, ya mənim Günün qara, ağına bax, əzizim Günün qara, ağına bax, sevgilim Həsrət çəkən ürəyim, ümidim Sinəsində dağına bax, əzizim Bu ürəyin dili həsrət çəkəcək Bağımdakı gülü həsrət çəkəcək Bu təmiz eşqin ümidi Ya sənindir, ya mənim Günün qara, ağına bax, əzizim Günün qara, ağına bax, sevgilim Həsrət çəkən ürəyim, ümidim Sinəsində dağına bax, əzizim Günün qara, ağına bax, əzizim Günün qara, ağına bax, sevgilim Həsrət çəkən ürəyim, ümidim Sinəsində dağına bax, əzizim Əzizim
  • Bu nəğmə onun adına İçi xatirələr, sevinclə dolu Hər cümlə yazılıb adına Həsrətdən yoğrulub sonu Ən yaxın sirdaşım, gecə ulduzum Nə zaman danışsam, dinlərsən məni Gəlmədi görüşə, görmədim onu Oxuya bilmədim nəğməmi, oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda ona nəğməmi oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda nəğməmi Bu nəğmə - sevgi nağılı İçi macəralar, tezlərlə dolu Sətirlər tək ona bağlı Həsrətlə gözlə yolunu Ən yaxın sirdaşım, gecə ulduzum Nə zaman danışsam, dinlərsən məni Gəlmədi görüşə, görmədim onu Oxuya bilmədim nəğməmi, oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda ona nəğməmi oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda nəğməmi Oxu, (Oxu) səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda ona nəğməmi oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda nəğməmi
  • Uzaqdan bir kərə səsləsən əgər Bir dəfə nəğməmi dinləsən əgər Sən mənim yolumu gözləsən əgər Uzaqdan bir kərə səsləsən əgər Bir dəfə nəğməmi dinləsən əgər Sən mənim yolumu gözləsən əgər Yolunun üstündə gülə dönərəm Yolunun üstündə gülə dönərəm Qəlbində məhəbbət üsyan eyləsə Bir dəfə “sevirəm” deyib, söyləsən Dodağın titrəyib, mənə gülərsən Səni sevdiyimi görə bilərsən Qəlbində məhəbbət üsyan eyləsə Bir dəfə “sevirəm” deyib, söyləsən Dodağın titrəyib, mənə gülərsən Səni sevdiyimi görə bilərsən Sirrini mənlə bölüşsən əgər Əllərin əlimə qovuşsa əgər Gözündən məhəbbət oxunsa əgər Sirrini mənimlə bölüşsən əgər Əllərin əlimə qovuşsa əgər Gözündən məhəbbət oxunsa əgər Mən həmin anda ölə bilərəm Mən həmin anda ölə bilərəm Qəlbində məhəbbət üsyan eyləsə Bir dəfə “sevirəm” deyib, söyləsən Dodağın titrəyib, mənə gülərsən Səni sevdiyimi görə bilərsən Qəlbində məhəbbət üsyan eyləsə Bir dəfə “sevirəm” deyib, söyləsən Dodağın titrəyib, mənə gülərsən Səni sevdiyimi görə bilərsən Qəlbində məhəbbət üsyan eyləsə Bir dəfə “sevirəm” deyib, söyləsən Dodağın titrəyib, mənə gülərsən Səni sevdiyimi görə bilərsən Qəlbində məhəbbət üsyan eyləsə Bir dəfə “sevirəm” deyib, söyləsən Dodağın titrəyib, mənə gülərsən Səni sevdiyimi görə bilərsən
  • Ayrılıq aramızda yerini salacaq Həsrətimiz yanacaq, sinəmiz bir ocaq Əllərimdə əllərinin istisi qalacaq Axı kim, kim dedi, bu gecə son gecədir Gözlərim sürünəcək, ardınca bir sən Sözlərim tutacaq, uşaqtək ətəyindən Məni də özünlə, özünlə apar sən Axı kim, kim dedi, bu gecə son gecədir Qovuram gözümdən Səhəri, səhəri Verməsin sabahdan Xəbəri, xəbəri Son gecə qəlbimin Kədəri, kədəri Axı kim, kim dedi Bu gecə son gecədir Bu gecə son gecədir Sənsiz mən dünyada kimsəsiz olmuşam Ayları, illəri hicranla qalmışam Həsrətli günləri gözümdən qovmuşam Axı kim, kim dedi, bu gecə son gecədir Qovuram gözümdən Səhəri, səhəri Verməsin sabahdan Xəbəri, xəbəri Son gecə qəlbimin Kədəri, kədəri Axı kim, kim dedi Bu gecə son gecədir Bu gecə son gecədir Bu gecə son gecədir