Татарский переводчик Узбекские песни

Песня «Qayıt Gəl»
исполнителя Eldar Mansurov.
Скачать или слушать онлайн

Текст песни:

Ayrılığın ürəyimə dərd olub
Əzabından sevinc payım qərq olub
Qüssədən baxçamda güllər də solub
O güllərin xatirinə qayıt gəl
Sənsiz könlüm sanki qara bağlayır
Hicran odu ürəyimi dağlayır
Gözlərimdən şəlalələr çağlayır
O gözlərin xatirinə qayıt gəl
Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl
Sənsiz məndən dəniz, bulaq, çay küsüb
Günəş də inciyib, ulduz, ay küsüb
Gülşənlər saralıb, bülbüllər susub
Bülbüllərin xatirinə qayıt gəl
Həsrət gözü yanağıma salıb iz
Yaşayıram indi eşqsiz, həvəssiz
Gün var idi, qala bilmirdin mənsiz
O günlərin xatirinə qayıt gəl
Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl

Другие песни исполнителя:

  • Payız gəlir, sən hardasan? Xəzan alır yaşıl bağları Bahar gəlir, sən hardasan? Duman alır uca dağları Yaz qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Durnalar qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Yağış yağır göz yaşları Selə dönür yağır yollara Söylə görüm sən hardasan İki gözüm baxır yollara Yaz qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Durnalar qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim?
  • Saçlarının rəngi payızdır Gözlərinin rəngi dəniz Almaya bənzər yanağınla Ay üzün Aydan da təmiz Qönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Qönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Günləri saydım, sənə çatdım, əzizim Dərdi-qəmi başımdan atdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim Günləri saydım, sənə çatdım, əzizim Dərdi-qəmi başımdan atdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim Yandırır atəşli baxışlar Gör, necə qəlbim közərir Hər baxışından ürəyimdə Bir yeni dünya düzəlir Qönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Qönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Günləri saydım, sənə çatdım, əzizim Dərdi-qəmi başımdan atdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim Günləri saydım, sənə çatdım, əzizim Dərdi-qəmi başımdan atdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim