Татарский переводчик Узбекские песни

Песня «Geri Dön»
исполнителя Ahmed Mustafayev.
Скачать или слушать онлайн

Текст песни:

Geri dön, elə bu saat, bu an
Ümidim solmadan
Nə olar, gec olmadan
Geri dön
Dön ki, gör nə qədər
Sənsiz ağrım, acım var
İndi hamıdan çox
Sənə ehtiyacım var
Geri dön
Həm səndən, həm məndən
Talehin üzü dönsə
Nə olacaq halımız
Bu eşqin odu sönsə
Sən də mənim kimi
Hələ də sevirsənsə
Geri dön, geri dön
Geri dön, geri dön

Geri dön
Dön, bu həsrəti bitir
Tez ol, özünü yetir
Ömrümə maraq gətir
Geri dön
Dön ki, gör sənsizlik
Bir qara qorxu imiş
Hesab et ki, olanlar
Hamısı yuxu imiş
Geri dön
Həm səndən, həm məndən
Talehin üzü dönsə
Nə olacaq halımız
Bu eşqin odu sönsə
Sən də mənim kimi
Hələ də sevirsənsə
Geri dön, geri dön
Geri dön, geri dön
Geri dön, geri dön
Geri dön, geri dön

Другие песни исполнителя:

  • 〈Bənd 1〉 Vur, dağıt hər şeyi Boşa keçən illəri odla get Başqa bir söz demə Arxana baxmadan durma, get Sevgi nədir bilməyən O daş ürəyini qoy da get Gedərkən gəl mənim Bədənimdən ətrini topla get Gedərkən gəl mənim Bədənimdən ətrini topla get 〈Nəqərat〉 Yara inandım, yar amma yalandır Yara inandım, necə yaralandım Yara inandım, yandıqca yandım Yara inandım, necə yaralandım 〈Bənd 2〉 Başqa bir söz demə Sakitcə dur Məni yorma, get Daha yalan istəməm Buradaca hər şeyi sonla, get Gedərkən ağlımdan sil sənli günləri Sonra get İzin, tozun qalmasın Onları da çantana topla, get İzin belə qalmasın Onları da çantana topla, get 〈Nəqərat〉 Yara inandım, yarama yalandır Yara inandım, necə yaralandım Yara inandım, yandıqca yandım Yara inandım, necə yaralandım Yara inandım, yarama yalandır Yara inandım, necə yaralandım Yara inandım, yandıqca yandım Yara inandım, necə yaralandım
  • 〈Bənd 1〉 O vəfasız mənə “bundan sonra yar olma” - dedi! “Sevmə hər bir gözəli, aşiqi zar olma” dedi! O vəfasız mənə “bundan sonra yar olma” - dedi! “Sevmə hər bir gözəli, aşiqi zar olma” dedi! “Səni mən sevmirəm, ardımca düşüb yalvarma El içində düşün öz qədrini, xar olma” - dedi! “Bir gözəl eşqinə ver könlünü sabitqədəm ol!” “Çoşma dərya kimi, xəzri, gilavar olma” - dedi! “Bir gözəl eşqinə ver könlünü sabitqədəm ol!” “Çoşma dərya kimi, xəzri, gilavar olma” - dedi! 〈Bənd 2〉 O vəfasız mənə “bundan sonra yar olma” - dedi! “Sevmə hər bir gözəli, aşiqi zar olma” dedi! O vəfasız mənə “bundan sonra yar olma” - dedi! “Sevmə hər bir gözəli, aşiqi zar olma” dedi! Vahidəm mən, dedim – “Ey gül, qocalıq dövrü gəlir” “Eşq zövqündən uzaqlaşma, kənar olma” - dedi! “Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol!” “Çoşma dərya kimi, xəzri, gilavar olma” - dedi! “Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol!” “Çoşma dərya kimi, xəzri, gilavar olma” - dedi! O vəfasız mənə “bundan sonra yar olma” - dedi! “Sevmə hər bir gözəli, aşiqi zar olma” dedi! O vəfasız mənə “bundan sonra yar olma” - dedi! “Sevmə hər bir gözəli, aşiqi zar olma” dedi!
  • Çox gəzən, çox gəzən, çox gəzən bilir Azərbaycan diyarını çox gəzən bilir Hər yanı gözəldir Hər yeri başqa-başqa Gözəllik bəxş edir İnsana lap bir başqa Gözəldir ölkəmiz Gözəldir vətənimiz Biz fəxr edirik ki Azərbaycanlıyıq biz Dağları, bulaqları Təmizdir havaları Ən dadlı təamları Ölkəmizdədir Dağları, bulaqları Təmizdir havaları Ən dadlı təamları Ölkəmizdədir Çox gəzən, çox gəzən, çox gəzən bilir Azərbaycan diyarını çox gəzən bilir Çox gəzən, çox gəzən, çox gəzən bilir Yurdumun hər qarışını çox gəzən bilir Torpağımdır mənim Doğma Azərbaycanım Dünyaya səs salır Sənin bu adın-sanın Qarış-qarış gəzirəm Mən əziz vətənimi Əvəz etməz buraları Dünyanın heç bir yeri Dağları, bulaqları Təmizdir havaları Ən dadlı təamları Ölkəmizdədir Dağları, bulaqları Təmizdir havaları Ən dadlı təamları Ölkəmizdədir Çox gəzən, çox gəzən, çox gəzən bilir Azərbaycan diyarını çox gəzən bilir Çox gəzən, çox gəzən, çox gəzən bilir Yurdumun hər qarışını çox gəzən bilir Çox gəzən, çox gəzən, çox gəzən bilir Azərbaycan diyarını çox gəzən bilir Çox gəzən, çox gəzən, çox gəzən bilir Yurdumun hər qarışını çox gəzən bilir Çox gəzən, çox gəzən, çox gəzən bilir Azərbaycan diyarını çox gəzən bilir Çox, çox gəzən, çox gəzən, çox gəzən bilir Azərbaycan diyarını çox gəzən bilir
  • Məni atdın ay qız, ay qız Məni atdın ay qız, ay qız Məni atdın, ay qız, ay qız, atəşə Məni atdın, ay qız, ay qız, atəşə Bəsləməkdir eşqini, inan, peşəm Atacaqdın, məni sevdin, söylə, bəs neyçün? Doldur eşqin şərbətini, ver içim Söylə, söylə sənə belə nə oldu, yar? Söylə, söylə sənə belə nə oldu, yar? Çağırıram gəl, haralarda qalmısan? Məni incitmə, yalvarıram, yar Məni atma, tərk etmə Çağırıram gəl, haralarda qalmısan? Məni incitmə, yalvarıram, yar Məni atma, tərk etmə Yollarına baxa-baxa qaldı gözlərim Sənə vardır ürəyimdə sözlərim Söylə, söylə sənə belə nə oldu, yar? Söylə, söylə sənə belə nə oldu, yar? Çağırıram gəl, haralarda qalmısan? Məni incitmə, yalvarıram, yar Məni atma, tərk etmə Yollarına baxa-baxa qaldı gözlərim Sənə vardır ürəyimdə sözlərim Söylə, söylə sənə belə nə oldu, yar? Söylə, söylə sənə belə nə oldu, yar?