Татарский переводчик Узбекские песни

Песня «Axşamlar»
исполнителя Brilliant Dadaşova.
Скачать или слушать онлайн

Текст песни:

Bəlkə də yuxusun pıçıldayır ay
Ulduzlar söyləyir ruhuma lay-lay
Bəlkə də yuxusun pıçıldayır ay
Ulduzlar söyləyir ruhuma lay-lay
Bu aylı gecədən mən ummuram pay
Bir ayrı düşməyim yardan axşamlar
Bu aylı gecədən mən ummuram pay
Bir ayrı düşməyim yardan axşamlar
Axşamlar, axşamlar
Ayrılıq yamandır, yaman axşamlar

Gecələr hamilə nurlu sabaha
Mən səni görmürəm röyamda daha
Sevgilim, mən sənsiz gecələr tənha
Qismətim olarsan hicran axşamlar
Gecələr hamilə nurlu sabaha
Mən səni görmürəm röyamda daha
Sevgilim, mən sənsiz gecələr tənha
Qismətim olarsan hicran axşamlar
Axşamlar, axşamlar
Axşamlar, ah axşamlar
Oh... Axşamlar
Oh... Axşamlar

Sənə nurlu günəş, mənə qaranlıq
Ey məni yaşadan ilahi varlıq
Sənə nurlu günəş, mənə qaranlıq
Ey məni yaşadan ilahi varlıq
Səninlə olarsam, gülüm, bir anlıq
Bir ömür bəsimdir, inan axşamlar
Səninlə olarsam, gülüm, bir anlıq
Bir ömür bəsimdir, inan axşamlar
Axşamlar, axşamlar
Ayrılıq yamandır, yaman axşamlar

Gecələr hamilə nurlu sabaha
Mən səni görmürəm röyamda daha
Sevgilim, mən sənsiz gecələr tənha
Qismətim olarsan hicran axşamlar
Gecələr hamilə nurlu sabaha
Mən səni görmürəm röyamda daha
Sevgilim, mən sənsiz gecələr tənha
Qismətim olarsan hicran axşamlar
Axşamlar, axşamlar
Axşamlar, ah axşamlar
Oh... Axşamlar
Oh... Axşamlar
Axşamlar, axşamlar
Axşamlar, ah axşamlar
Oh... Axşamlar
Oh... Axşamlar

Другие песни исполнителя:

  • Bu qəlbimin sevinci Sənin yadigarındır Yuxumu qaçıran da Sənin intizarındır Bu qəlbimin sevinci Sənin yadigarındır Yuxumu qaçıran da Sənin intizarındır Sən dərdimdən xəbərsiz Sən nəşəli, kədərsiz Sən dərdimdən xəbərsiz Sən nəşəli, kədərsiz Görən deyir, bu göyçək Hansı bəxtəvərindir? Görən deyir, bu göyçək Hansı bəxtəvərindir? Könlüm nəğməli neydir Dilim dolu gileydir Könlüm nəğməli neydir Dilim dolu gileydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Gözlərinin rəngini Bağlarda axtarmışam Saçlarının ətrini Dağlarda axtarmışam Gözlərinin rəngini Bağlarda axtarmışam Saçlarının ətrini Dağlarda axtarmışam Qərarımı kəsən yar Söz deməmiş küsən yar Qərarımı kəsən yar Söz deməmiş küsən yar Nə dedim ki, incidin? De, bu mən, yar, bu sən, yar Nə dedim ki, incidin? De, bu mən, yar, bu sən, yar Könlüm nəğməli neydir Dilim dolu gileydir Könlüm nəğməli neydir Dilim dolu gileydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Könlüm nəğməli neydir Dilim dolu gileydir Könlüm nəğməli neydir Dilim dolu gileydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir
  • Qəlbi ovuduram bir özgəsiylə Düşünmə ki, sənsiz tənha kimiyəm Gəzib, dolaşıb eşq həvəsiylə Dərd-səri olmayan dünya kimiyəm Qəlbi ovuduram bir özgəsiylə Düşünmə ki, sənsiz tənha kimiyəm Gəzib, dolaşıb eşq həvəsiylə Dərd-səri olmayan dünya kimiyəm Bilirəm, adımı tez-tez anırsan Xəyal edib fikirlərə dalırsan Çox uzağam, boşuna sən axtarırsan Üfüqü görülməz dərya kimiyəm Bilirəm, adımı tez-tez anırsan Xəyal edib fikirlərə dalırsan Çox uzağam, boşuna sən axtarırsan Üfüqü görülməz dərya kimiyəm Qəlbimi ovuduram bir özgəsiylə Düşünmə ki, sənsiz tənha kimiyəm Gəzib, dolaşıb eşq həvəsiylə Dərd-səri olmayan dünya kimiyəm Qəlbimi ovuduram bir özgəsiylə Düşünmə ki, sənsiz tənha kimiyəm Gəzib, dolaşıb eşq həvəsiylə Dərd-səri olmayan dünya kimiyəm Bilirəm, adımı tez-tez anırsan Xəyal edib fikirlərə dalırsan Çox uzağam, boşuna sən axtarırsan Üfüqü görülməz dərya kimiyəm Bilirəm, adımı tez-tez anırsan Xəyal edib fikirlərə dalırsan Çox uzağam, boşuna sən axtarırsan Üfüqü görülməz dərya kimiyəm Bilirəm, adımı tez-tez anırsan Xəyal edib fikirlərə dalırsan Çox uzağam, boşuna sən axtarırsan Üfüqü görülməz dərya kimiyəm Bilirəm, adımı tez-tez anırsan Xəyal edib fikirlərə dalırsan Çox uzağam, boşuna sən axtarırsan Üfüqü görülməz dərya kimiyəm Dərya kimiyəm
  • Sənə sözlərimin ən gözəlini Nədən deməmişəm bu vaxta qədər? Bir əlim səndədir, biri qapıda Ürəyim saxlayar, ayağım gedər Bir əlim səndədir, biri qapıda Ürəyim saxlayar, ürəyim saxlayar Ayağım gedər, ayağım gedər Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Axtarma uzaqda o göyərçini Hər gün lələyindən arzu toxuyur Hələ yazmadığım məktubları da Məndən icazəsiz sənə oxuyur Hələ yazmadığım məktubları da Məndən icazəsiz, məndən icasəsiz Sənə oxuyur, sənə oxuyur Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Havadan qoparıb, alıb açmısan Alıb açmısan
  • Bilirdim ki, zalım dünya Sevənlərə nəs baxır Səni mənim taleyimdən Ayırmağa darıxır Bir nəğməydi, keçib getdi Yuxumuza girərmi? Səni məndən alan dünya Bir də geri verərmi? Bilirdim ki, zalım dünya Sevənlərə nəs baxır Səni mənim taleyimdən Ayırmağa darıxır Bir nəğməydi, keçib getdi Yuxumuza girərmi? Səni məndən alan dünya Bir də geri verərmi? Yalvarıram o yollara İzlərini qaytarsın Yalvarıram o günlərə Gözlərini qaytarsın Yalvarıram hər yağışa Bu ağrını soyutsun Yalvarıram hər nəğməyə Bu həsrəti ovutsun Yollarına döşəsələr Gül-çiçəyi qucaq-qucaq Bilirəm ki, mənim yerim Səni hər an yandıracaq Ürəyimə axan yaşı Özgə əli silərmi? Səni məndən alan dünya Bir də geri verərmi? Yollarına döşəsələr Gül-çiçəyi qucaq-qucaq Bilirəm ki, mənim yerim Səni hər an yandıracaq Ürəyimə axan yaşı Özgə əli silərmi? Səni məndən alan dünya Bir də geri verərmi? Yalvarıram o yollara İzlərini qaytarsın Yalvarıram o günlərə Gözlərini qaytarsın Yalvarıram hər yağışa Bu ağrını soyutsun Yalvarıram hər nəğməyə Bu həsrəti ovutsun Yalvarıram o yollara İzlərini qaytarsın Yalvarıram o günlərə Gözlərini qaytarsın Yalvarıram hər yağışa Bu ağrını soyutsun Yalvarıram hər nəğməyə Bu həsrəti ovutsun