Татарский переводчик Узбекские песни

Песня «Məktub»
исполнителя Aygün Kazımova.
Скачать или слушать онлайн

Текст песни:

Bu gün məktubunu tapdım,
Yazmış idin onu ilk sevgilinə (sevgilinə).
Oxumadan cırıb atdım,
Qorxdum birdən düşər sənin əlinə.
İstəmədim düşünəsən,
Qısqanıram səni yenə dünəninə.
Bu gün məktubunu tapdım,
Keçmişi qaytarıb qoydum yerinə...

Bu gün məktubunu tapdım,
Yazmış idin onu ilk sevgilinə (sevgilinə).
Oxumadan cırıb atdım,
Qorxdum birdən düşər sənin əlinə.
İstəmədim düşünəsən,
Qısqanıram səni yenə dünəninə.
Bu gün məktubunu tapdım,
Keçmişi qaytarıb qoydum yerinə...

Olanlar oldu, keçənlərin faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,

Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, men ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir...

Bu gün məktubunu tapdım,
Nəzər saldım ancaq ilk sətirinə (sətirinə).
Yenə yaranımı qanatdım,
Ancaq inanırdım məni sevdiyinə (sevdiyinə) .
Xatirələri oyatdım
qədər ağır olsa da, bilə-bilə.
Bu gün məktubunu tapdım,
Yazmış idin onu ilk sevgilinə (sevgilinə)...

Olanlar oldu, keçənlərin faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,

Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, men ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir (çətindir)...

Mənim sənə qarşı məhəbbətimi, yox edir hansısa, xəlvəti məktub.
Hər dəfə tapıram, cırıb atıram.
Yenə məktubu olmuş növbəti məktub.
Mənim arzularım başqa cür idi.
Tək mənə deyəsən "Sevirəm Səni"...
Mən istəyirəm hardan biləsən?
Sən istəyirsən heç bilmirsən özün, bilmirsən...

Olanlar oldu, keçənlərin faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,

Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, mən ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir (çətindir) ...

Другие песни исполнителя:

  • O qədər çox gözlədim Gələcək bir gün dedim Tanışlar dönməz dedi Amma mən gözlədim Ömürdən keçir günlər Hər yanda xatirələr Dedilər keçib gedər Olmasa necə keçər Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Geriyə bağlı yollar Önümdə qaranlıqlar Gedəni axı kim qaytarar? Qayıtmaz o qayıtmaz Ömürdən keçir günlər Önümdə xatirələr Dedilər keçib gedər Olmasa necə keçər Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Qayıtmır yaşananlar... Qayıtmır yaşananlar... Qayıtmır...
  • Gözlərimi yumsam Üçə qədər saysam Adını çağırsam Gələrsənmi? Sənsiz mən solaram Kövrəlib dolaram Lap yalqız qalaram Bilərsənmi? Sənsiz bu dünyada gülmərəm, gülmərəm Həyat nəyə lazım bilmərəm, bilmərəm Mən səni sevirəm söylərəm Dönərsənmi? Gələrsənmi? Bilərsənmi? Sevərsənmi? Sən mənim həyatım Qollarım, qanadım Qırılsın inadım İstərsənmi? Tükəndi sözlərim Yeni dizlərim Yaşlıdır gözlərim Bilərsənmi? Sənsiz bu dünyada gülmərəm, gülmərəm Həyat nəyə lazım bilmərəm, bilmərəm Mən səni sevirəm söylərəm Dönərsənmi? Gələrsənmi? Bilərsənmi? Sevərsənmi?
  • Səninlə görüşüb, günü gecəyə qatıb bir aləm yaratmışdıq Bu yerdən ayrılıb iki can bir bədəndə, bir kölgə yaratmışdıq Səninlə görüşüb, günü gecəyə qatıb bir aləm yaratmışdıq Bu yerdən ayrılıb iki can bir bədəndə, bir kölgə yaratmışdıq Dilin lal olub indi Gözlərin dolub indi İndi yalvaran kimdir? Al apar o gecəni O gecələr sənindir Al apar o gecəni O gecələr sənindir Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə, yenə Kölgə ol, köləyə dönmə Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə,yenə Kölgə ol, köləyə dönmə Səninlə görüşüb, günü gecəyə qatıb bir aləm yaratmışdıq Bu yerdən ayrılıb iki can bir bədəndə, bir kölgə yaratmışdıq Səninlə görüşüb, günü gecəyə qatıb bir aləm yaratmışdıq Bu yerdən ayrılıb iki can bir bədəndə, bir kölgə yaratmışdıq Dilin lal olub indi Gözlərin dolub indi İndi yalvaran kimdir? Al apar o gecəni O gecələr sənindir Al apar o gecəni O gecələr sənindir Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə, yenə Kölgə ol, köləyə dönmə Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə,yenə Kölgə ol, köləyə dönmə Mircamal Haşımov Kölgə ol, amma sürünmə Kölgə ol Kölgə ol, gözə görünmə Kölgə ol Kölgə ol, köləyə dönmə Kölgə ol Kölgə ol, gözə görünmə Kölgə ol Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə, yenə Kölgə ol, köləyə dönmə Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə,yenə Kölgə ol, köləyə dönmə Kölgə ol
  • Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim Tənhalıq hər zaman qəlbimi sıxdı Mənasız ömürdən ürək darıxdı Sən demə Allahın bəlasıdır bu Bir mələk cildində qarşıma çıxdı Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim Mən onun, mən onun yanında qalmaq istədim Mən onun, mən onun könlünü almaq istədim O məni, o məni kəməndə salmaq istədi O məni, o məni kölə kimi almaq istədi Bilmədim nə oldu, sevdim, inandım Qoymadım tək qala, halına yandım Dərdimin üstünə dərd gətiribdir Mən onu taleyin qisməti sandım Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim Mən onun, mən onun yanında qalmaq istədim Mən onun, mən onun könlünü almaq istədim O məni, o məni kəməndə salmaq istədi O məni, o məni kölə kimi almaq istədi Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim Mən onun, mən onun yanında qalmaq istədim Mən onun, mən onun könlünü almaq istədim O məni, o məni kəməndə salmaq istədi O məni, o məni kölə kimi almaq istədi Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim
  • Bir baxışdan zülmətlərə nur boyanar Oyanar qəlblərdən ən gizli, sirli duyğularımız Hər görüşdən ürəklərdə bir xatirə iz salar Kövrələr həsrətli gözlər, tənha gecələr Ondan mənə hər dəfə yazılan son sevgi məktubunda Oxuyub gözlər ağlar yenə əlvida Toxunub dəyib əllər özgə birinə Kimi əzizləyib o mənim yerimə? Mən yox, bu yolu o seçdi Bu dəfə o çox, amma çox gecikdi Özü günahkar qürura yenildi Özü günahkar yalanı sevirdi Ən çox o belə deyirdi Güya ki mən yox, o məni sevirdi Yalana bax... Amma günah bu, elə günah Mən yox, bu yolu o seçdi Bu dəfə o çox, amma çox gecikdi Özü günahkar qürura yenildi Özü günahkar yalanı sevirdi