Татарский переводчик Узбекские песни

Песня «Gül Ki»
исполнителя Camal Qurbanov.
Скачать или слушать онлайн

Текст песни:

Sən çiçəksən tər-təzə
Bənzəmirsən bir kəsə
Ömür-günümü bəzə
Gül ki, gül ki, ürəyim gülsün
Gülsün, gülsün, ürəyim gülsün
Sayrışanda ulduzlar
Görməsə, ürək sızlar
Qəlbim səni arzular
Gül ki, gül ki, ürəyim gülsün
Gülsün, gülsün, ürəyim gülsün
Gül naxışı izlərin
Qəlbə məlhəm sözlərin
Göy dənizdir gözlərin
Gül ki, ürəyim gülsün
Gülsün, gülsün, ürəyim gülsün
Ah... ah
Ah... ah
Gül ki, gül ki, gül ki, ürəyim gülsün
Ürəyim gülsün

Другие песни исполнителя:

  • Kimlər gəldi, kimlər getdi Bu dünyadan, bu dünyadan Kimlər gəldi, kimlər getdi Bu dünyadan, bu dünyadan Arif olan nakam getməz Bu dünyadan, bu dünyadan Arif olan nakam getməz Bu dünyadan, bu dünyadan Hər dövranda bir gərdiş var Min rəng çalır bu ruzigar Hər dövranda bir gərdiş var Min rəng çalır bu ruzigar Hünər göstər – bir şey apar Bu dünyadan, bu dünyadan Hünər göstər – bir şey apar Bu dünyadan, bu dünyadan
  • Görüşünə gəlmişəm Sən ey gözü bənövşə Gözü nəmli dayanma, ey Belə qəmli dayanma... Görüşünə gəlmişəm Sən ey gözü bənövşə Gözü nəmli dayanma, ah Belə qəmli dayanma... Səninlə dindi dünya Belə qəmli dayanma Sevənlərindir dünya, eh Belə qəmli dayanma Səninlə dindi dünya, dünya Belə qəmli dayanma Sevənlərindir dünya Belə qəmli dayanma Çiçək açsın üzündə Belə qəmli dayanma Bir sevinc tap özündə Belə qəmli dayanma Çiçək açsın üzündə Belə qəmli dayanma Bir sevinc tap özündə Belə qəmli dayanma Səninlə dindi dünya Belə qəmli dayanma Sevənlərindir dünya, ey Belə qəmli dayanma Səninlə dindi dünya, dünya Belə qəmli dayanma Sevənlərindir dünya Belə qəmli dayanma
  • Sənsiz yollarda qalıb gözlərim İntizardayam, yar, gəl, gəl Əhdi unutma görüş yeritək İlk bahardayam, yar, gəl, gəl Sənsiz yollarda qalıb gözlərim İntizardayam, yar, gəl, gəl Əhdi unutma görüş yeritək İlk bahardayam, yar, gəl, gəl Vəfadarım mənim, ilk baharım mənim Eşqimdə görmüşəm səadətini Məndən dönsən əgər Ayım, günəşim sönər Könül verdiyim oldu məhəbbətim Yorğun dəniztək, vurğun gündüztək İncə duyğumsan, yar, gəl, gəl Mənim həyatım, mənim ümidim Şirin yuxumsan, yar, gəl gəl Yorğun dəniztək, vurğun gündüztək İncə duyğumsan, yar, gəl, gəl Mənim həyatım, mənim ümidim Şirin yuxumsan, yar, gəl, gəl Vəfadarım mənim, ilk baharım mənim Eşqimdə görmüşəm səadətini Məndən dönsən əgər Ayım, günəşim sönər Könül verdiyim oldu məhəbbətim
  • Ürəyim sözümə baxmır nə vaxtdır Yolların yoluma çıxmır nə vaxtdır Könlümə məhəbbət axmır nə vaxtdır Ya görüşdük, ya tək qaldıq, bilinməz Bu həsrətdir, asan bitib tükənməz Ürəyim sözümə baxmır nə vaxtdır Yolların yoluma çıxmır nə vaxtdır Könlümə məhəbbət axmır nə vaxtdır Ya görüşdük, ya tək qaldıq, bilinməz Bu həsrətdir, asan bitib tükənməz Gəl, ürəyimin parası sənindir Gəl, gözlərimin qarası sənindir Gəl, sözlərimin əlası sənindir Gəlişinə möhtacam, sevgilim Gəl artıq ömrümə Gəl, ürəyimin parası sənindir Gəl, gözlərimin qarası sənindir Gəl, sözlərimin əlası sənindir Gəlişinə möhtacam, sevgilim Gəl artıq ömrümə Məndən qaçmağının səbəbi nədir? Ürəyin istəmirsə, bu bəhanədir Mənim məhəbbətim çox şahanədir Hər addımda, hər nəfəsdə silinməz Bu həsrətdir, asan bitib tükənməz Gəl, ürəyimin parası sənindir Gəl, gözlərimin qarası sənindir Gəl, sözlərimin əlası sənindir Gəlişinə möhtacam, sevgilim Gəl artıq ömrümə Gəl, ürəyimin parası sənindir Gəl, gözlərimin qarası sənindir Gəl, sözlərimin əlası sənindir Gəlişinə möhtacam, sevgilim Gəl artıq ömrümə