Татарский переводчик Узбекские песни

Песня «Boş Şeylərdir»
исполнителя Aslixan.
Скачать или слушать онлайн

Текст песни:

Boş şeylərdir... (ye-ye-ye)
Bunlar hamısı bir gün keçəcək
Boş şeylərdir... (ye-ye-ye)
Dünya istədiyin kimi olacaq
Boş şeylərdir... (ye-ye-ye)
Bunlar hamısı bir gün keçəcək
Boş şeylərdir... (ye-ye-ye)
Dünya istədiyin kimi olacaq
Dəsti-xəttim oldu
Repdir məsləhətli yol
Təslim etdim onu, dərslə təhsil olmur
Tərsəmərsdir o
Bəshəbəsmi olduq?
Yoxdur bəs maqnitofon?
Best of microphone?
Aslixan, Noton, Aslixan, Noton!
Yola verdik güclə illəri
Düzlər inlədi
Çətinlik görənlərin həyatı üzlərindədir
Dövr yığır bir atanın üz çevirmədiyi
Necə ki, ona göstərirlər qızının lüt şəkillərin
Tərk edir ringi dost, qaldırılır indi tost
Pulun varsa, 100 idisə, 1000-dir dost bilgin olsun
Desəm çalış kinli ol, sonra deyəcəm kimdir o
Sürür burda kim ki, Royce, başa salır kimdir Boss!
5 atıb 100 götürdüm, çünki bir az ağlım ayılıb
Bizdə 5-ə 100 götürmək tikə olaraq yağlı sayılır
Başın gedib deyə itirib pullarının yavnı sayını
Doğulduğun yeri danmaq qəhbəliklə ravnı sayılır
Boş şeylərdir... (ye-ye-ye)
Bunlar hamısı bir gün keçəcək
Boş şeylərdir... (ye-ye-ye)
Dünya istədiyin kimi olacaq
Boş şeylərdir... (ye-ye-ye)
Bunlar hamısı bir gün keçəcək
Boş şeylərdir... (ye-ye-ye)
Dünya istədiyin kimi olacaq
Gediş haqqını 30 yox, qaldırıb 50 eliyək
Seyf olsaq da, azından safımızı bəlli eliyək
Bir-iki ağsaqqalla yığışıb çayxanada
Bu ölkənin problemini domino oynayıb həll eliyək
(Eyh!) Səbrin dirənməsin
Elə bir uşaq göstər - ağır şərtlər altında dilənməsin
(Sus) Bilirəm, ürək gəlmir
Dualar dost kimidir, dar günündə köməyə gəlmir
Düşmən içimizdədir, günü-gündən artır
Bayraq özlüyündən enmir, biriləri var, dartır
Arzular şəhərindən deyərsiniz ki, qatarlar gəlir
Bilirəm, bu yollarda çeynəyib atarlar məni
Əşşi... Boş ver sən, hara baxır axı insanlar?
Trenddə ən yaxşı işlərin altında imzam var
Heç kim biləyimizi bu günə kimi bükə bilməyib hələ
Yazıb-yaradırıq, hələ ki, tükənməyib qələm
Boş şeylərdir... (ye-ye-ye)
Bunlar hamısı bir gün keçəcək
Boş şeylərdir... (ye-ye-ye)
Dünya istədiyin kimi olacaq
Boş şeylərdir... (ye-ye-ye)
Bunlar hamısı bir gün keçəcək
Boş şeylərdir... (ye-ye-ye)
Dünya istədiyin kimi olacaq
Əslində boş şey deyil həyatda var olmaq
Hər an bir sürpriz var, bu qədər rahat olma
Məsələn, ömrün proqramlaşıb, sistemin əlindəsən sən
Durursan səhər 6, yat gecələr saat 10-da (Ha)
İnanın, boş şey deyil!
TV-də bir arsız olmaq
Mənə görə xoş şey deyil
Doldurur boş beynini efirdə meymunlar
Olursan lal, kar, kor, 3 ədəd meymun var
Ona görə boş şey deyil qədər paxıllar var
Uğurumuz gözünə girir hə?
Daha da yaxından bax!
Sizlər gündüzün fəri - lazımsız
Əslində yaxşı ki, varsınız, fərqimiz necə bilinərdi?!
Bizə siz lazımsınız
(Hıhı) Gülməyim gəlir
Axı bunu yaxşı bilirsiniz ki, bizik gündəmin dəbi
Noton-un "punch"ı ağır özü kimi
Xoş şey eləmir, deyirəm ciddidir hər şey
Epi deyir: Boş Şeylərdir!
Boş şeylərdir... (ye-ye-ye)
Bunlar hamısı bir gün keçəcək
Boş şeylərdir... (ye-ye-ye)
Dünya istədiyin kimi olacaq
Boş şeylərdir... (ye-ye-ye)
Bunlar hamısı bir gün keçəcək
Boş şeylərdir... (ye-ye-ye)
Dünya istədiyin kimi olacaq

Другие песни исполнителя:

  • Pulum beatcoin, Mən gəzirəm cibimə çip qoyub Daha o deyil bu pullar, Biz - cool görünən qullar Ala bu da sənə boom, ey Zamanı bilən qum deyil Hər dənəsini tullar O cool görünən qullar Tel - "iPhone Pro Max" Geyim - "Nike", ya "Adidas", ey! İki təbəqədir onlar, Biri - cool görünən qullar Həqiqiyəm, "fake"siniz Həqiqətən keysiniz Ayırır bizi bunlar, Siz - cool görünən qullar Bax "mic"dayam yenə boss-boss Elə mənə görə budur kosmos Siz tükənirsiniz petrol kimi "Tesla"yam, deyil "Rolls-Royce" Mən gələcəyinizə korifey Rəssamam, mənə "Dali" deyin Hər əsərim bir cənnət kimi Qulağına de ki, Bali-dəyik, ey! Oy, necə də qəribədir Biz danışırıq tam qəribə dil Başa düşmür heç kəs məni Hamı deyir: "Bu dəli nə deyir?" Boş ver getsin, Qoş, xoş şey getsin Qoy oynasın bunlar, Bu cool görünən qullar Cool görünən qullar Cool görünən qullar Cool görünən qullar Siz - cool görünən qullar Cool görünən qullar Cool görünən qullar Cool görünən qullar Siz - cool görünən qullar Bu ritm - altı-səkkiz "Fame"min artır səssiz Deyir, qalxın səssiz Axı siz xalqın səsisiniz Gülürəm, gülməlidir o Tapancadaki şarikin, necə Gülməlidir müqayisəsi "Niva"yla "Qalik"in (A!) Kişidə gərək ulğum Söz-söbətləri uğrum Var paxıllarım mundar O cool görünən qullar Qoy bu dəfə mən olum öyünən Amma belə olmaram örnək Mənə baxmaqla yetməz, Mənə lazımdır ki, görmək Belə baxdıqca da görürəm Görürəmki siz ölülər O "comment"dəki döllər Sizi gözdüyrəm çöldə Yox qolda bahalı saatım Belə az-çox var manatım Amma "fake" sizin dollar Siz - cool görünən qullar "Real" yox, siz saxta "Fuck mask of, fuck maska" Filmdə mənfi rollardır Bu cool görünən qullar Kim tox, kim ac gəlir Düzlər sizə acı gəlir Meymun lal, kor, kar Siz - cool görünən qullar Cool görünən qullar Cool görünən qullar Cool görünən qullar Siz - cool görünən qullar Cool görünən qullar Cool görünən qullar Cool görünən qullar Siz - cool görünən qullar