Danışır səni mənə yuxular, danışır.
Qarışır yuxu gecələrimə, qarışır.
Səni necə, hər gecə gizlicə gözləyirəm biləsən
Nə edim gələsən?
Sən beləsən...
Baxa-baxa yollara sadəcə səbr edirəm
Özümə arabir bezirəm, tək gəzirəm
Göz yaşlarımı qədəhə süzəcəm.
Sağlığına qaldıracam içəcəm
Ayrılığın doğum gününü
Tək başıma qeyd edəcəm
Axı sənə ürəyimi vermişəm
Heyatını həyatım bilmişəm
Bəs deyirdin bu dünyaya
Sənin üçün gəlmişəm
Yaşıki sen varsan
Sən mənə tanrının hədiyyəsisən
Sənnən başqasının sevən deyiləm
Birtanem, nurtanem qoy bilsin bütün aləm,
Dəli kimi sevirəm, səni sevirəm.
Sən nəfəsim, sən həyatım.
Səndən başqası yalan, ey şərab gözlü qadın