Татарский переводчик Узбекские песни

Песня «Zalım»
исполнителя Faiq Ağayev.
Скачать или слушать онлайн

Текст песни:

Hələ mən sənin həsrətindəyəm
Yenə arxanca düşüb xəyalım
Hələ mən sənin həsrətindəyəm
Yenə arxanca düşüb xəyalım
Əl atıb əlindən tuta bilmirəm
Əl atıb əlindən tuta bilmirəm
Mən sənə inandım, mən sənə inandım
Mən sənə inandım, sən kimə, zalım?
Mən sənə inandım, mən sənə inandım
Mən sənə inandım, sən kimə, zalım?
Zalım, zalım, zalım balası
Zalım, zalım, kimə inandın?
Zalım, zalım, zalım balası
Zalım, zalım, kimə inandın?
Bəlkə bu ömürlük yolayrıcıdır
Gəlinlik duvağın şeytan tacıdır
Bəlkə bu ömürlük yolayrıcıdır
Gəlinlik duvağın şeytan tacıdır
Bəlkə səsim pisdir, dilim acıdır
Bəlkə səsim pisdir, dilim acıdır
Mən sənə aldandım, mən sənə aldandım
Mən sənə aldandım, sən kimə, zalım?
Mən sənə aldandım, mən sənə aldandım
Mən sənə aldandım, sən kimə, zalım?
Zalım, zalım, zalım balası
Zalım, zalım, kimə aldandım?
Zalım, zalım, zalım balası
Zalım, zalım, kimə aldandım?
Bir gün dönəcəksən haqqın yoluna
Qandallar vuracaq dövran qoluna
Bir gün dönəcəksən haqqın yoluna
Qandallar vuracaq dövran qoluna
Mən sənə inandım, mən sənə bağlandım
Mən sənə aldandım, sən kimə, zalım?
Zalım, zalım, zalım balası
Zalım, zalım, kimə inandın?
Zalım, zalım, zalım balası
Zalım, zalım, kimə aldandın?
Zalım, zalım, ey zalım balası
Zalım, zalım, kimə inandın?
Kimə aldandın, ey zalım balası?

Другие песни исполнителя:

  • Hanı o nazlı təbəssüm? Hanı sevdalı baxışlar? Bir həyat bəxş eləyərdi Mənə mənalı baxışlar Bir həyat bəxş eləyərdi Mənə mənalı baxışlar İndisə anlaşa bilmir Bu müəmmalı baxışlar İndisə anlaşa bilmir Bu müəmmalı baxışlar İndisə anlaşa bilmir Bu müəmmalı baxışlar Bir-birindən çəkinirlər Amma gizlin baxışırlar Bir-birindən çəkinirlər Amma gizlin baxışırlar Yenə bizdən danışırlar Səni məndən soruşurlar Yenə bizdən danışırlar Səni məndən soruşurlar Üzür həsrət məni, Allah Qəm olarmı bu biçimdə? Səni sevməklə bu qəlbim Yanılıb bəlkə seçimdə? Səni sevməklə bu qəlbim Yanılıb bəlkə seçimdə? Məni qoymur rahat artıq Bu dəli hisslər içində Məni qoymur rahat artıq Bu dəli hisslər içində Məni qoymur rahat artıq Bu dəli hisslər içində Yığışıb, sanki qoşuntək Ürəyimlə vuruşlar Yığışıb, sanki qoşuntək Ürəyimlə vuruşlar Yenə bizdən danışırlar Səni məndən soruşurlar Yenə bizdən danışırlar Səni məndən soruşurlar Bir məhəbbət alovunda İsinərdik, alışardıq Xoş xəyallara yaşardıq Gələcəkdən danışardıq Xoş xəyallara yaşardıq Gələcəkdən danışardıq Arabir adi səbəbdən Küsüşərdik, barışardıq Arabir adi səbəbdən Küsüşərdik, barışardıq Arabir adi səbəbdən Küsüşərdik, barışardıq İndisə bizli xəyallar Küsüşürlər, barışırlar Yenə bizdən danışırlar Səni məndən soruşurlar Yenə bizdən danışırlar Səni məndən soruşurlar Yenə bizdən danışırlar Səni məndən soruşurlar Yenə bizdən danışırlar Səni məndən soruşurlar
  • Sən yaşam həvəsimsən İnan ki, dünyada Bir ömür bəsimsən Mən sənin həyatında Hansı roldayam? Sən mənim nəfəsimsən Biz - dünənin yadları Sevgi tarixində - Bu günün doğması Biz səninlə - ayrı can, ayrı bədəndə Bir ürəyin vurması Hər deyilən sözlə oynasaq Uşaq kimi Onda bizdə bir şey alınmaz Biz alovuq, buzla oynasaq Uşaq kimi Dualarımız qəbul olunmaz Hər deyilən sözlə oynasaq Uşaq kimi Onda bizdə bir şey alınmaz Biz alovuq, buzla oynasaq Uşaq kimi Dualarımız qəbul olunmaz Sən ölməz xəyalımsan Sevərəm mən səni, yenidən doğulsam Mən sənin həyatında filmlər kimi Sən - həyat nağılımsan Biz - dünənin yadları Sevgi tarixində - Bu günün doğması Biz səninlə - ayrı can, ayrı bədəndə Bir ürəyin vurması Hər deyilən sözlə oynasaq Uşaq kimi Onda bizdə bir şey alınmaz Biz alovuq, buzla oynasaq Uşaq kimi Dualarımız qəbul olunmaz Hər deyilən sözlə oynasaq Uşaq kimi Onda bizdə bir şey alınmaz Biz alovuq, buzla oynasaq Uşaq kimi Dualarımız qəbul olunmaz Biz - dünənin yadları Sevgi tarixində - Bu günün doğması Biz səninlə - ayrı can, ayrı bədəndə Bir ürəyin vurması
  • Ömür bumu? Gələr-gedər Nə etsən – ayrılıq sonu Ömür bumu? Çalış-vuruş İmtahandır hər addımı Ömür bumu? Həsrət odundan Keçir sevginin yolu Ömür bumu? Sənsizliyi mənə verən omu? Səbəbi yox göz yaşlarımın Sən buna layiq deyilsən Ürəyim mənim Həsrət dolu baxışlarımın Ünvanı – kədər Yalan satan sirdaşlarımın Hədəfinə çevrilmisən Ümidim mənim Sevilməyi heç bacarmadın Bir ömür qədər Ömür boyu Hicran qapısında bitər Eşqin yolu Ömür boyu Alışdım ayrılıqlara Yoxmu sonu? Qürurumu Sənin xəyanətin Köksündən vurdumu? Sevgi bumu? Hər acıya səbəb olan omu? Səbəbi yox göz yaşlarımın Sən buna layiq deyilsən Ürəyim mənim Həsrət dolu baxışlarımın Ünvanı – kədər Yalan satan sirdaşlarımın Hədəfinə çevrilmisən Ümidim mənim Sevilməyi heç bacarmadın Bir ömür qədər Yalan satan sirdaşlarımın Hədəfinə çevrilmisən Ümidim mənim Sevilməyi heç bacarmadın Bir ömür qədər Bir ömür qədər Bir ömür qədər
  • Gəl, boynuma sarıl Ətrini duyum Yum gözlərini Sənə toxunum Gəl, boynuma sarıl Ətrini duyum Yum gözlərini Sənə toxunum Bir-bir çıraqlar sönsün Gecə eşqə bürünsün... İstəyirəm mən səni gündüz-gecə İstəyirəm sən gələsən indicə Sən gələndə qəlbim yanar-alışar Sən güləndə içimdə tufan coşar Ən dəli arzulara Qovuşdur məni Yandırsın öpüşlərin Nəfəsimi Ən dəli arzulara Qovuşdur məni Yandırsın öpüşlərin Nəfəsimi Bir-bir çıraqlar sönsün Gecə eşqə bürünsün... İstəyirəm mən səni gündüz-gecə İstəyirəm sən gələsən indicə Sən gələndə qəlbim yanar-alışar Sən güləndə içimdə tufan coşar İstəyirəm mən səni gündüz-gecə İstəyirəm sən gələsən indicə Sən gələndə qəlbim yanar-alışar Sən güləndə içimdə tufan coşar İstəyirəm mən İstəyirəm mən
  • Səsimə səs versin vətən elləri Kükrəyib, bəndləri yıxmaq vaxtıdır! Yurduma uzanan qara əlləri Dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır! Yurduma uzanan qara əlləri Dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır! Vətən oğulları düşmənə sipər Vətənsiz yaşamaq ölümdən betər! Desinlər "Savaşda öldü, bəxtəvər!" Murovdan Göyçəyə baxmaq vaxtıdır! Haydi, misri-qılınc! Haydi, Koroğlu! Haydi, bu torpağın igid, nər oğlu! Yenilməz vətənin hünərvər oğlu Hazır ol səfərə çıxmaq vaxtıdır! Hazır ol səfərə çıxmaq vaxtıdır! Həsrət qırx qızımın qəddini əyib Bülbülün köksünə güllələr dəyib Qəzəbi, nifrəti şimşək eləyib Düşmənin başına çaxmaq vaxtıdır! Qəzəbi, nifrəti şimşək eləyib Düşmənin başına çaxmaq vaxtıdır! Biz halal yemişik duzu-çörəyi Allah yerdə qoymaz haqqı, əməyi! Bayrağa döndərib qanlı köynəyi Şuşa qalasına taxmaq vaxtıdır! Haydi, misri-qılınc! Haydi, Koroğlu! Haydi, bu torpağın igid, nər oğlu! Yenilməz vətənin hünərvər oğlu Hazır ol səfərə çıxmaq vaxtıdır! Hazır ol səfərə çıxmaq vaxtıdır! Haydi, misri-qılınc! Haydi, Koroğlu! Haydi, bu torpağın igid, nər oğlu! Yenilməz vətənin hünərvər oğlu Hazır ol səfərə çıxmaq vaxtıdır! Hazır ol səfərə çıxmaq vaxtıdır! Hazır ol səfərə çıxmaq vaxtıdır!