Ürəyimin içində gizli sevgi bəslədim
Günlərin bir günündə o sevgini səslədim
Əl uzatdım, gəlmədi, ürəyimi bilmədi
Gizli eşqim ağladı, qara bəxtim gülmədi
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Aləm mənim olsa da, ürəyimi ovutmaz
Gözümdə eşqin qəmi zülmət edər aləmi
Gecə-gündüz axtarar itirdiyi həmdəmi
Hər kəsin öz vaxtı var, hər kəsin öz bəxti var
Gecikməyin sevməyə, nə də ki, sevilməyə
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Aləm mənim olsa da, ürəyimi ovutmaz
Hər kəsin öz vaxtı var, hər kəsin öz bəxti var
Gecikməyin sevməyə, nə də ki, sevilməyə
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Sən gedəni sevgimizdə
Nələr oldu, sən bilmədin
Yalnız qalan xatirələr
Üzdü məni, sən gəlmədin
Heç bilmirəm kimə deyim
Bu ayrılıq xəbərini
İllər ötür görünmədən
Unutmuşam gözlərini
Sən ömrümün bir səhifəsi
Uzaq düşən xoş nəğməsi
Bəlkə də sən düşünürsən
Artıq keçib, nə faydası…
Sən ömrümün bir səhifəsi
Uzaq düşən xoş nəğməsi
Bəlkə də sən düşünürsən
Artıq keçib, nə faydası…
İndi dönüb o sevgiyə
Söz deməyin, artıq yetər
Zaman keçir bir su kimi
Bu sevgi də keçib gedər
Sən ömrümün bir səhifəsi
Uzaq düşən xoş nəğməsi
Bəlkə də sən düşünürsən
Artıq keçib, nə faydası…
Sən ömrümün bir səhifəsi
Uzaq düşən xoş nəğməsi
Bəlkə də sən düşünürsən
Artıq keçib, nə faydası…
Sən ömrümün bir səhifəsi
Uzaq düşən xoş nəğməsi
Bəlkə də sən düşünürsən
Artıq keçib, nə faydası…
Ağlamağın indi nədən
Sən bilmədin öz yerini
İllər ötür görünmədən
Unutmuşam bil ki, səni
Yadıma gah yaxın, gah uzaq düşər
Xatirə qonağım olar axşamlar
Fikirlər ilişib, dolaşıq düşər
Ürəyim min sözlə dolar axşamlar
Fikirlər ilişib, dolaşıq düşər
Ürəyim min sözlə dolar axşamlar
Xəyallar axışıb gələr sel kimi
Kövrəlib, nazilən incə tel kimi
Arzular bir zərif, həssas əl kimi
Könlümün tarını çalar axşamlar
Arzular bir zərif, həssas əl kimi
Könlümün tarını çalar axşamlar
Ürəyim min sözlə dolar axşamlar
Fikirlər ilişib, dolaşıq düşər
Ürəyim min sözlə dolar axşamlar
Bəlaya düşmüşəm, dərdim tapılmır
Bilmirəm nə edim, düzü çətindir
Sevsəm yanacağam, sevsəm yanacağam
Sevməsəm ömürlük cinayətimdir
Bəlaya düşmüşəm, dərdim tapılmır
Bilmirəm nə edim, düzü çətindir
Sevsəm yanacağam, sevsəm yanacağam
Sevməsəm ömürlük cinayətimdir
Cinayətimdir...
Mən elə qatiləm, cəzam yaşamaq
Dərd çəkib, ömürlük alışam gərək
Qəlbim tər çiçək, saçlarım düm ağ
Bəxtikor dünyamla barışam gərək
Ya Rəbbim, bu həyat necə saxtadır
Yaxşıya, yamana eyni yer verir
Görən taledədir, yoxsa bəxtdədir?
Hamı yaxşıları yaman gec görür
Yaman gec görür
Mən elə qatiləm, cəzam yaşamaq
Dərd çəkib, ömürlük alışam gərək
Qəlbim tər çiçək, saçlarım düm ağ
Bəxtikor dünyamla barışam gərək
Mən elə qatiləm, cəzam yaşamaq
Dərd çəkib, ömürlük alışam gərək
Qəlbim tər çiçək, saçlarım düm ağ
Bəxtikor dünyamla barışam gərək
Cəzam yaşamaq
Barışam gərək
Qəlbim tər çiçək, saçlarım düm ağ
Bəxtikor dünyamla barışam gərək
Barışam gərək
Gecələrim gündüzlərə qarışıb
Həyatım sevgi oduyla alışıb
Bu şirin əziyyətlər səndən gəlir
Ay mənim sevgilim adlı tanışım
Gecələrim gündüzlərə qarışıb
Həyatım sevgi oduyla alışıb
Bu şirin əziyyətlər səndən gəlir
Ay mənim sevgilim adlı tanışım
Yum gözünü…
Qoy yuxularına gəlim sənin
Duy özümü…
Mənim sənə olan məhəbbətim
Yum gözünü…
Qoy yuxularına gəlim sənin
Duy özümü…
Mənim sənə olan məhəbbətim
Yuxuların qəhrəmanı sən oldun
Sevgi xəstəlik dərmanı - o da sən
Sənin sabahın günəşi mən olum
Gecələrin ayparası - o da mən
Yum gözünü…
Qoy yuxularına gəlim sənin
Duy özümü…
Mənim sənə olan məhəbbətim
Yum gözünü…
Qoy yuxularına gəlim sənin
Duy özümü…
Mənim sənə olan məhəbbətim
Yum gözünü…
Qoy yuxularına gəlim sənin
Duy özümü…
Mənim sənə olan məhəbbətim
Yum gözünü…
Duy özümü…